vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
KİNO-TEATR  
10:01 | 13 yanvar 2023 | Cümə Məqaləyə 11942 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bapbalaca boyu var ...

... Damdolusu qazancı

Rusiyanın “Soyuzmultfilm” studiyasının yerli “Yellow, Black & White” studiyası və “Rossiya 1” telekanalı ilə birlikdə, həmçinin Kino Fondunun dəstəyi ilə istehsal etdiyi “Çeburaşka” filmi yerli prokatda rekorda imza atıb.

2023-cü ilin 1 yanvarından kinoteatrlarda yayımı başlanan film 10 gün ərzində 3,2 milyard rubldan çox (təxminən 45 milyon dollar) gəlir gətirib. “Çeburaşka”nın büdcəsi isə 850 milyon rubldur.

Rejissor Dmitri Dyaçenkonun filmi bu cür sürətli gedişatla yaxın gələcəkdə yerli kassada ötən illər üzrə xarici filmlərin, o cümlədən “Avatar”ın reytinqini üstələyə bilər. Onu da qeyd etmək lazımdır ki, Rusiya Ukraynada müharibəyə başlayandan sonra Amerika və Avropanın kino istehsalçıları və yayımçıları bu ölkə ilə rəsmi əlaqələrini faktiki olaraq kəsiblər. Hazırda Rusiya kinoteatrlarında Qərb filmləri (əsasən Hollivud) məhdud sayda və pirat üsulla əldə edilərək nümayiş olunur. Bu isə yerli filmlərin prokatı üçün əlverişli imkan yaradıb.

“Çeburaşka” filmi sovet dövründə “Soyuzmultfilm”də Eduard Uspenskinin hekayə-ssenariləri ilə çəkilmiş cizgi filminin kino variantı deyil. Bu, ailəvi baxış üçün nəzərdə tutulan nağıl-komediyadır. Baş rolda Sergey Qarmaş və Svetlana Kuzmina çəkiliblər. Məşhur cizgi filminin şəlpəqulaq qəhrəmanı isə bu filmdə yeni dünyaya düşüb.