vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ELM-TEXNİKA  
16:11 | 2 aprel 2024 | Çərşənbə axşamı Məqaləyə 591 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Süni günəş rekordu

100 milyon dərəcədə 48 saniyə işlədi

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Təmiz enerji əldə etmək üçün nüvə sintezi texnologiyası üzərində işlərini davam etdirən Cənubi Koreya alimləri yeni dünya rekorduna imza atıblar. Koreya Fusion Enerji İnstitutundan (KFE) bir qrup tədqiqatçı “süni günəş” adlanan KSTAR (Korean Superconducting Tokamak Advanced Research) nüvə reaktorunu 48 saniyə ərzində Günəşin nüvəsindən dəfələrlə isti – 100 milyon dərəcə selsi temperaturunda işlətməyə müvəffəq olub.

Komanda bununla 2021-ci ildəki 30 saniyəlik dünya rekordlarını geridə qoyub. KSTAR-ın direktoru Si-Vu Yun belə yüksək temperaturu uzun müddət saxlamağın asan olmadığını, ona görə də 48 saniyəlik rekordun böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Yun vurğulayıb ki, onların əsas məqsədi 2026-cı ilə qədər KSTAR reaktorunu eyni temperaturda 300 saniyə işlətməkdir.

Elm adamları hələ sınaq mərhələsində olan KSTAR reaktoru ilə Günəşdə baş verən birləşmə reaksiyalarını təqlid edərək, qeyri-məhdud və təmiz enerji istehsal etməyi hədəfləyirlər.