![](img/left_arrow.jpg)
![](img/right_arrow.jpg)
Dəyişiklik kredit faizlərinə təsir edəcəkmi?
Daha çevik və əsaslandırılmış iddialı planlar önə çıxır
FED faiz dərəcəsini qaldırdı
Yenin faiz dərəcəsi niyə bu qədər aşağı saxlanılır?
Dünya birjaları 108 indeksinə fokuslanıb
Dolların enişini durdura bilən yoxdur
İsveç uçot dərəcəsini son 14 ilin maksimumuna qaldırdı, Türkiyə isə əksinə
Türk lirəsinin taleyi bu gün həll olunur
FED-in pul-kredit siyasətindəki şahin duruşunun yumşalma ehtimalı güclənir
ABŞ-da dollarla bağlı qərarlar alındı ...
FED rəsmilərinin bəyanatları və “DXY”
FED rəsmilərinin açıqlamaları enişdi durdurdu
Dünyanın aparıcı valyutalarının mübarizəsi güclənib ...
Qızıl da bahalaşmaqda davam edir
Avro və qızıl bahalaşırkən, neft ucuzlaşır
Ötən il Azərbaycan iqtisadiyyatı 1,1 faiz böyüdü və ölkədə 54,3 milyard manatliq milli gəlir istehsal olundu. Bu ildən isə ötən illə müqayisədə neftin qiymətləri əhəmiyyətli dərəcədə dəyişməsə də ölkədə tənəzzül başladı. İndiyə qədər açıqlanan ilk 2 ayın göstəricisinə görə Ümumi Daxili Məhsul 3,2 faiz azalıb. Bu azalmanı şərtləndirən obyektiv və subyektiv səbəblər vardır. Başqa şərtlər dəyişməz hesab edərək, diqqətinizi 2 subyektiv səbəbə yönəltmək istərdim. Heç kəsə sirr deyil ki, ölkədə iqtisadi siyasət koordinasiya olunmur. Neft gəlirlərinin bol olduğu dövrlərdə onun fəsadları çox hiss olunmasa da hazırkı dövrdə eyni yanaşma iqtisadi böhranın dərinləşməsinə xidmət edir. Belə ki, iqtisadi siyasətdə əhəmiyyətə malik olan 2 dövlət orqanının son 3 aydakı fəaliyyəti buna əyani misal ola bilər.
Birincisi, dövriyyədəki manat kütləsini məhdudlaşdıraraq buxovlayıcı monetar üsullara və inzibati tənzimləmə vasitələrinə üstünlük verən Mərkəzi Bank heç bir iqtisadi məntiqlə izah olunmayan məzənnə siyasəti yeritməklə iqtisadiyyatda manat qıtlığı yaradaraq yeni situasiya formalaşdırıb. Bu situasiya ilə inflyasiyanın cilovlanmasına çalışan Mərkəzi Bank hazırkı siyasəti ilə alıcılıq qabliyyətinin və işgüzar fəallığı aşağı salıb. Beləliklə də ÜDM artımın da buxovlayaraq, yeritdiyi siyasətlə onun aşağı düşməsini təmin edir.
İkincisi, dövlət büdcəsinin xərc hissəsinin icra səviyyəsini 1-ci rübdə 73 faizə endirən Maliyyə Nazirliyi məhdudlaşdırılmış fiskal siyasəti ilə bir tərəfdən büdcənin istehlak yönünü gücləndirilməsinə, digər tərəfdən də dövlət xərclərinin süni azaldılması hesabına işgüzar aktivliyin aşağı salınmasına xidmət edir.
Beləliklə hər iki mühüm iqtisadi institut öz sahələrində daha yaxşı görsənmək üçün manatı süni möhkəmləndirmək və büdcədə profisit formalaşdırmaq üçün çalışır. Onların hər ikisi də hazırkı yanlış siyasəti ilə ÜDM azalmasını şərtləndirir və böhranı dərinləşdirir. Bunun da başlıca səbəblərindən bri ölkədə Nazirlər Kabineti adlı strukturun koordinasiya edici funksiyasını yerinə yetirməməsi, kompleks və əlaqələndirilmiş proqramın olmamasıdır.