NATO-ya ikinci nəfəs
Putin can verən təşkilatı diriltməklə, ABŞ-a Qorbaçovdan da böyük xidmət göstərdi
Şahin CƏFƏRLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Rusiyanın şah damarına zərbə
Heç kimə qulaq asmayan Ukrayna Novorossiysk limanını vurub
-
Rusiya torpaqlarına ABŞ raketləri
Ukrayna Bayden administrasiyasından kəşfiyyat məlumatları və silahlardan istifadə izni istəyib
-
“Aşağı orbitdəkilər məhv ola bilər”
“Rusiya nüvə silahının sınaqdan keçirilməsi üçün kosmosa peyk göndərdi”
-
Kopperfildə qarşı cinayət işi
Məşhur illüziyaçı 16 qadına təcavüz etməkdə ittiham olunur
-
Diplomatik kriz
“Deportasiyalar İki ölkə münasibətlərinə düzəldilməz ziyan vuracaq”
-
Vyetnam müharibəsi taktikası
“Pilotlar çox təhlükəli missiyalara göndərilir”
-
“Öz ərazilərini vururlar”
Hədəfdən böyük ölçüdə yayınmalar bombalanmanın uğrursuzluğunu göstərir
-
“Hücum şimaldan olacaq”
“III Dünya müharibəsinə 4 milyondan çox hərbçi qatılacaq!”
-
500 min əsgərlə hücum
Ukrayna yarım milyonluq gücü 40 min nəfərlik ordu və PUA-larla qarşılayacaq
-
Faciəvi mənzərə
Ekologiya bəhanədir, məqsəd maraqlar və biznesdir
-
ABŞ-dan Çinə növbəti həmlə
Vergi və rüsumlar 2-3 dəfə artırıldı
-
“Müharibəni qazanmadan NATO-ya girə bilmərik”
“Ukrayna ordusu ABŞ istehsalı olan “F-16”ların bu ay gələcəyini gözləyir”
-
“İqtisadiyyatlar ksenofobiya səbəbindən durğunlaşır”
Bayden deyir ki, Hindistan, Yaponiya, Çin və Rusiya immiqrantları istəmir
-
Oğurluqda günahlandırılır
Süni intellektə qarşı müəllif hüquqları iddiası qaldırılıb
-
6.5 milyard dollarlıq vəd
“Johnson & Johnson” anlaşma təklif edir
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
1945-ci ildə bu vaxtlar rus-sovet ordusu Berlində idi. Üstündən 71 il keçdikdən sonra alman əsgərləri NATO çərçivəsində Rusiya sərhədlərinə gəlir...
İki il öncəyə qədər NATO-nu saxlamağın nə qədər məqsədəuyğun olduğu barədə Qərbdə ciddi diskussiyalar gedirdi. SSRİ-nin və Varşava Paktının çökməsindən sonra düşmənsiz qalan NATO-nun mövcudiyyətini əsaslandırmaq və avropalıları buna inandırmaq amerikalı strateqlər və Pentaqonun rəsmiləri üçün getdikcə daha çətin bir vəzifəyə çevrilirdi. Avropa ölkələri hərbi xərclərini sürətlə azaldırdı, Amerika əsgərləri qitəni tərk edirdi. 11 sentyabrdan sonra amerikalılar NATO-nın gərəkliliyini bir müddət beynəlxalq terrorizmə qarşı mübarizə zərurəti ilə əsaslandırmağa çalışaraq ittifaqa yeni nəfəs verməyə çalışdılar, lakin konvensional və nüvə təhdidinə qarşı yaradılmış, «soyuq müharibə»nin əsəri olan nəhəng hərbi blokun asimmetrik təhdidə qarşı mübarizədə nə iş görə biləcəyi sona qədər aydın olmadı. Elə bu an Putin Xızır kimi yetişərək törətdiyi Ukrayna avantürası ilə amerikalı strateqlərin çörəyinə yağ sürtdü və onların çalışmalarına əvəzsiz töhfələr verdi. (Konspiroloqlar belə də düşünə bilər: Amerika Ukraynada elə bir vəziyyət yaratdı ki, Putinin hərbi müdaxilədən başqa yolu qalmadı.)
Sonrakı prosesləri bilirsiniz. Varlığı müzakirə-mübahisə predmeti olan, amorf bir struktura çevrilmiş NATO hərbi infrastrukturunu dirçəldərək bunları özünün Şərq cinahına – Rusiya sərhədlərinə yığır. Rusiyanın burnunun dibində ona hədsiz nifrət bəsləyən militarist bir Ukrayna formalaşır. Rusiyanın Avropaya bütün çıxış nöqtələri qapadılır və o, şimal-şərq istiqamətində öz «qınına» doğru çəkilərək maksimum «regional derjava» roluna razılaşmağa məcbur edilir. Putinin ilk baxışdan uğurlu kimi görünən Ukrayna, Suriya siyasəti və son vaxtlar fəallaşan Qafqaz siyasəti ona ayrılmış bu rola müqavimət çabasıdır, amma bunlar da qısamüddətli effektdən o yana getməyəcək. Gələcəkdə Gürcüstan və Ukraynanın da NATO-ya qəbulu ilə dairə böyük ölçüdə qapanacaq. (Belarus da son vaxtlar maraqlı siyasət aparır.) Finlandiya və İsveçin də ittifaqa qəbulu ciddi müzakirə olunur ki, bunun baş verməsi Baltik dənizi kimi Avrasiyanın çox mühüm su hövzəsinin «NATO gölü» halına gəlməsi deməkdir. Son həftələr Rusiyanın Baltik dənizində Amerika təyyarələri və gəmilərinə qarşı provokasiyaları məhz bununla əlaqədardır.
Rusiyanın Krımı və daha öncə Abxaziyanı işğal edərək Qara dənizdəki akvatoriyasını genişləndirməsinin də strateji faydası azdır, çünki buradan Aralıq dənizinə çıxmaq üçün Türkiyənin boğazlarından keçmək lazım gəlir. Əslində Rusiya xaricindəki digər 5 sahilyanı ölkədən 3-nün (Türkiyə, Rumıniya, Bolqarıstan) NATO üzvü, 2-nin isə (Ukrayna, Gürcüstan) bu ittifaqa can atan ölkələr olduğu nəzərə alınarsa, Qara dəniz də bir NATO gölüdür. Varşava sammitində NATO-nun Qara dənizdəki mövqelərini daha da gücləndirəcək qərarlar qəbul olunacaq və Gürcüstanın üzvlüyü üçün güclü mesaj veriləcək. Bu, Cənubi Qafqazın da Rusiyanın nüfuz dairəsindən çıxarılması prosesinin əsasını qoyacaq və Türkiyənin regionda ağırlığını artıracaq.
Necə deyərlər, Путин опять всех переиграл...