vaxtlı-vaxtında oxuyun! Bazar, 19 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
20:12 | 1 iyun 2017 | Cümə axşamı Məqaləyə 1935 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Türkiyəyə «S-400» kompleksini satmağa hazırıq»

Rusiya prezidenti: «Mümkün olmayan heç nə yoxdur»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Rusiya Türkiyəyə «S-400» Zenit–Raket Kompleksi tədarük etməyə hazırdır». Bunu Rusiya prezidenti Vladimir Putin iyunun 1-də Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində dünya informasiya agentliklərinin rəhbələri ilə görüşdə «Anadolu» agentliyinin direktorunun sualını cavablandırarkən bildirib.

«Biz «S-400» sisteminin satışının mümkünlüyü məsələsini müzakirə etmişik. Onun istehsalında əməkdaşlıq Türkiyə sənayesinin hazırlığından asılıdır. Biz hələlik bu hərbi texnikanı xaricdə heç yerdə istehsal etmirik. Bunun üçün onilliklər lazım gəlir. Çünki texnoloji və kadr hazırlığı tələb edilir. Prinsipcə mümkün olmayan heç nə yoxdur. Yeni sistemi tədarük etməyə hazırıq. Bunu Türkiyə prezdenti Rəcəb Tayyib Ərdoğan, eləcə də bizim və Türkiyənin hərbçiləri də bilirlər», - V.Putin vurğulayıb.(«Report»)