vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
DÜNYA  
22:31 | 1 iyun 2017 | Cümə axşamı Məqaləyə 2247 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

2.5 trillion ABŞ-ın payına düşür

Terrorizm qlobal iqtisadiyyata 14.3 trillion dollar bahasına başa gəlib

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünyada terrorizmin səviyyəsi görünməmiş dərəcədə yüksəlib. Zorakılıqlar ötən il qlobal iqtisadiyyata 14.3 trillion dollar bahasına başa gəlib. Təkcə ABŞ-ın öhdəsinə 2.5 trillion dollar düşüb.

Yeni göstəricilər «Global Peace Index»in münaqişələr və təhlükəsizliyə dair hesabatında yer alır.

Sənəddə deyilir ki, dünyada vəziyyət son on il ərzində ağırlaşıb. Əsasən də Yaxın Şərq və Şimali Afrikada olmaqla.

Hesabatda İkinci Dünya Müharibəsindən bəri uzunmüddətli inkiaşfların əldə edilmədiyi bildirilir. 2011-ci ildən bəri illik terror hadisələrinin sayı 3 dəfə artıb.

2007-ci ildən bu yana 35 ölkədə terrorizm səbəbi ilə ölüm hallarında 900 faiz artım müşahidə edilib.

Danimarka, Fransa, İsveç və Türkiyə daxil edilməklə, bir sıra ölkələrdə terrorizm halları artıb.