vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
AMERİKA  
20:22 | 1 iyun 2017 | Cümə axşamı Məqaləyə 2498 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tramp Paris sazişi ilə bağlı qərarını açıqlamalıdır

ABŞ prezidenti odla su arasında qalıb

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da çoxsaylı mətbuat orqanları Donald Trampın Paris iqlim sazişindən çıxmaq qərarına gəldiyi barədə məqalələr dərc edib. Bu addım Barak Obama erası siyasətini dəyişdirərək, respublikaçıları razı sala, müttəfiqləri isə qəzəblədirə bilər.

Tramp qərarının qəti olmadığını deyib, «Twitter» hesabında yekun qərarını bir neçə gün ərzində elan edəcəyini bildirib.

Xəbər 22 respublikaçı senatorun Trampa mıktub ünvanladıqları vaxta təsadüf edir. Senatorlar prezidenti Paris sazişini tərk etdiyini açıq söyləməyə çağırıb. Məktubda sazişdə qalmağın gələcəkdə məhkəmə riskini artıracağı və Obama erası qaydalarının ləğvində çətinliklər yaradacağı vurğulanıb.

196 ölkə qlobal istiliyə qarşı mübarizəyə dair razılığı 2015-ci ildə əldə edib.

Razılığa əsasən qlobal temperaturda artım dərəcəsi iki selsidən aşağı olmalıdır. Bununla yanaşı yoxsul ölkələrə iqlim sahəsində 100 milyard dollarlıq investisiya ayrılması və hər beş ildə prosesin gedişatı nəzərdən keçirilməlidir. Bu, 1997-ci ildə əldə olunmuş Kyoto Protokolundan sonra ən əhatəli razılaşmadır.