vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
12:22 | 7 iyun 2017 | Çərşənbə Məqaləyə 2202 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tehranda atışma

Parlament binasında və Xomeyninin mavzoleyində silah səsləri, mühafizəçi həlak olub

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda Milli Məclis və İmam Xomeyni türbəsinə silahlı hücumları İŞİD terror təşkilatı törədib. APA-nın xəbərinə görə, bu barədə İranın «Fars» Xəbər Agentliyi məlumat yayıb. Agentliyin açıqlamasında İŞİD-in hücumlara görə məsuliyyəti üzərinə götürdüyü bildirilib.


***


11:24

İran xüsusi xidmət orqanları parlament binasında insident zamanı girov götürülənlərin olduğunu təsdiqləmir. Bununla belə məlumdur ki, atışma zamanı parlament binasının mühafizəçisi həlak olub, üç nəfər yaralanıb. Hücum edənin kimliyi, hansı təşkilata mənsub olduğu barədə məlumat verilmir.

Digər atışma isə Xomeyninin movzeleyində baş verib. Naməlum silahlı şəxsin Tehranın cənubunda Xomeyninin movzeleyində atış açdığı bildirilir. Xəsarət alanlar haqda məlumat yoxdur. Digər xəbərə görə atəş açan şəxs saxlanılıb. İran rəsmi qaynaqları baş verənlər barədə hələlik məlumat yaymayıb.


***


10:32

İran parlamentində atışma olub.

Virtualaz.org bildirir ki, bu barədə «Tasnim» agentliyi «Twitter» səhifəsində xəbər paylaşıb.

Hadisə nəticəsində ən az iki nəfərin güllə yarası aldığı və bir neçə nəfərin girov götürüldüyü bildirilir.