vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
CƏMİYYƏT  
17:00 | 9 yanvar 2014 | Cümə axşamı Məqaləyə 2174 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycana hörmətsizlik

McDonalds ölkə qanunlarını pozur

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünyanın ən məşhur şirkətlərindən biri olan McDonalds Azərbaycan dövlətinə hörmətsizlik edir. Bakının mərkəzi və daha bir neçə yerində özünə şöbə açmış şirkətin xidmət sahələrində istehlakçılara təqdim olunan qida məhsullarının qabları üzərində Azərbaycan dilində deyil, rusca yazılar öz əksini tapıb.

Qeyd edək ki, Soçi Olimpiadasını reklam edən şirkət həmin qidaların qabları üzərinə Azərbaycan dilində bircə cümlə də olsun yazdırmayıb. Halbuki müvafiq qanunlara görə, Azərbaycanda fəaliyyət göstərən istənilən xarici şirkətin götürdüyü öhdəliklərdən biri də dövlət atributlarına hörmətlə yanaşmaqdır. Lakin McDonalds şirkəti bunun tam əksinə gedərək, nəinki dövlət dilimizi bir kənara qoyur, üstəlik rus dilinə önəm verir.