vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
SƏHİYYƏ, ORDU  
12:10 | 19 iyun 2017 | Bazar ertəsi Məqaləyə 1862 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Böyük taktiki təlimlər başlayır

120 tank-zirehli texnika, 180 raket-ertilleriya qurğusunun iştirakı ilə...

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 19-dan etibarən qoşunların hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda vurğulanır ki, təlimlərə 23 min nəfər şəxsi heyət, 120-dək tank, zirehli texnika, 180 müxtəlif çaplı raket və artilleriya qurğusu cəlb ediləcək.

Təlimlərdə həmçinin, reaktiv yaylım atəş sistemindən, minaatanlardan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyasından, yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatlarından istifadə olunacaq.

Təlimlərin iyunun 24-nə kimi davam edəcəyi bildirilir.