vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
11:50 | 10 yanvar 2014 | Cümə Məqaləyə 2733 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni sərhədçilərlə gizli görüş

Düşmən ölkənin mətbuatı şübhəli məlumat yaydı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bu yaxınlarda erməni və türk sərhədçilərinin Gümrüdə gizli görüşü keçirilib». Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı gizli mənbələrinə istinadən məlumat yayıb.

Mətbuat görüş zamanı gələcəkdə beynəlxalq hüquq normaları qorunmaqla birgə fəaliyyət haqqında məsələlərin əsas müzakirə mövzusu olduğunu yazıb. Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) Sərhəd Xidmətinin Ermənistan nümayəndəliyinin mətbuat katibi Sergey Qreçin isə bu görüşlə bağlı informasiya almağın mümkünsüz olduğunu deyib. 
Qeyd edək ki, Ermənistanın Türkiyə və İranla sərhədləri bütünlüklə Rusiya FTX-nin Sərhəd Xidməti tərəfindən qorunur. Erməni hərbçiləri isə yalnız Azərbaycan və Gürcüstan sərhədində qulluq edirlər.