vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AVROPA  
20:09 | 22 iyun 2017 | Cümə axşamı Məqaləyə 2096 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İslamın prinsiplərinə zidd ibadət

Berlin məscidində kişi və qadınların birlikdə namaz qılması Türkiyənin etirazına səbəb olub

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Daily Mail» yazır ki, Türkiyənin din məsələlərinə baxan hökumət agentliyi Diyanet Berlində yeni tipli məscidin yaradılmasına narazılıq bildirib. Bu məsciddə qadın və kişilərin bir yerdə olmasına və sərbəst şəkildə ünsiyyətinə icazə verilir.

Diyanet bəyan edib ki, belə bir şey İslamın prinsiplərinə tamamilə ziddir.

Diyanet bunu da bildirib ki, belə məscidlərin yaradılması Fətulla Gülənin «Hizmət» təşkilatının layihələrindən biridir. Türkiyə hökuməti Güləni 15 iyul çevriliş cəhdinin arxasında durmaqda ittiham edir.

Berlində bu ayın əvvəllərində açılmış məsciddə qadın və kişilər yanaşı namaz qılırlar. Bu məscidin imamları arasında qadınlar var və burada İslamın bütün təriqətlərindən olanların ibadət etməsinə imkan yaradılır.

Lakin Diyanet bəyan edib ki, Berlin məscidi İslamın 14 əsr bundan əvvəl əsası Məhəmməd peyğəmbər tərəfindən qoyulmuş təməl prinsiplərinə etinasızlıq göstərir.

Diyanetin bəyanatında müsəlmanlara bu «təxribatdan» kənarda dayanmaq çağırışı edilir.

«The Mail» yazır ki, Diyanet xaricdəki türk icmaları üzərində böyük nüfuza malikdir. Diyanet xüsusi aralıq qurumu vasitəsilə Almaniyadakı 900 məscid və ya icmaya nəzarət edir. Bu məscidlərdə işləmək üçün imamları göndərən də Diyanetdir.

Bu ilin əvvəllərində Almaniya polisi dörd türk imamın evlərinə reyd keçirmişdi. Onlar Almaniya türklərindən Ankara hökumətinə xəbərçilikdə şübhəli bilinirdilər.