vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
20:41 | 5 iyul 2017 | Çərşənbə Məqaləyə 1413 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əlac karandaşa qalıb

Nazirlər hökumətin iclasında qələmləri əkişdirir

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya hökumətinin iclasında məmurların masalarının üzərlərinə qələm yox, sadə karandaşlar qoyurlar. Baş nazirin keçmiş müavini, hazırda Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri olan Aleksandr Şoxin bildirib ki, bu məsələni baş nazir Dmitri Medvedyevlə söhbətdə qaldırıb.

«Mən burada Medvedyevdən soruşdum ki, nəyə görə hökumətin vacib iclaslarında masaların üstündə sadə karandaşlar qoyulur, qələmlər yox. Bilirsiniz nə cavab eşitdim? Dedi ki, qələmləri oğurlayırlar, karandaşları isə yox», - Şoxin bildirib.

Keçmiş vitse-premyer əlavə edib ki, qələmi cibdə gizlətmək asandır, karandaşı isə yox. «Bu hökumət sədrinin mövqeyidir», - iclasın iştirakçılarından biri replika atıb.