vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
AMERİKA  
14:07 | 12 iyul 2017 | Çərşənbə Məqaləyə 2174 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tramp oğlunun rusiyalı vəkillə əlaqəsindən «xəbərsiz olub»

Demokrat konqresmen görüş iştirakçılarının ifadə verməsini istəyib

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Trampın oğlu Trampın seçki kampaniyasına kömək edə biləcəyini deyən rusiyalı vəkillə görüşü barədə atasına heç nə demədiyini bildirib.

Donald Tramp JR görüşü «heç nə» adlandırıb, amma əlavə edib ki, görüşlə bağlı fərqli davranmalı idi.

O, Hillari Klintona xələl gətirən materiallara sahib olduğunu deyən və Kreml ilə bağlı olduğu iddia edilən vəkil ilə görüşmək təklifini qəbul etdiyini göstərən elektron məktubları yayıb.

ABŞ rəsmiləri Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi iddialarını araşdırır.

Seçiləndən bəri, prezident Tramp Rusiyanın xanım Klintonun kampaniyasını pozmağa cəhd etməsi ittihamları ilə üzləşib.

Həm cənab Trump, həm də Rusiya bu ittihamları dəfələrlə təkzib edib.

Oğul Trump «Fox News» kanalına rusiyalı vəkillə ötən il baş tutan görüş barədə deyib ki, «bu 20 dəqiqəlik vaxt sərfiyyatı olub».

Məlumata görə, Tramp JR Hillari Klintonu ifşa etmək üçün Rusiyadan sənədlər vəd edən britaniyalı publisist Rob Qoldstondan (Rob Goldstone) e-mail alıb.

Bundan sonra 2016-cı ilin iyun ayında cənab Tramp JR, onun kürəkəni Cared Kuşner (Jared Kushner) və təşviqat sədri Pol Manafort (Paul Manafort) rusiyalı vəkil Nataliya Veselnitskaya ilə Nyu Yorkdakı «Trump Tower»də görüşüblər.

Twitter hesabında paylaşdığı şəxsi emaillərdə, Tramp JR Rob Qoldstonun Azərbaycan əsilli Rusiya milyarderi Araz Ağalarovun Rusiya hökumətindən Hillari Klinton barədə aldığı sənədləri cənab Trampın prezidentlik kampaniyasına dəstək olaraq paylaşmaq istədiyini bildirib.

«Fox News»a müsahibəsində oğul Tramp fərqli davranmalı olduğunu desə də, öz hərəkətlərini müdafiə edib.

Prezident Tramp oğlunun müdafiəsi üçün qısa bəyanatla çıxış edərək onu «yüksək keyfiyyətli insan» kimi xarakterizə edib və oğlunun şəffaflığını alqışlayıb.

Cənab Qoldston əvvəllər Rusiya hökumətinin ABŞ seçkilərinə müdaxiləsi barədə məlumatsız olduğunu deyib.

Xanım Veselnitskaya bəyan edib ki, o, heç vaxt xanım Klinton barədə zərərli məlumatlara sahib olmayıb və onun Kremllə heç bir əlaqəsi yoxdur.

Cənubi Karolinadan respublikaçı senator Lindsey Qraham (Lindsey Graham) yayımlanmış elektron məktubları «çox narahatverici» adlandırıb.

Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində ən yüksək vəzifəli demokrat Adam Skiff (Adam Schiff) oğul Tramp və görüşün digər iştirakçılarının komissiya qarşısında ifadə verməsini istəyib.