vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
15:34 | 18 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 2425 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qeydiyyatsız nikahlar yüz minlərlədir»

Çoxarvadlılıq əleyhinə tədbirlər Özbəkistanda mübahisələr doğurub

MÖVZU İLƏ ƏLAQƏLİ

Özbəkistan Ədliyyə Nazirliyinin nümayəndəsi Dilbahor Yaqubovanın «savadsız mollaları» qeyri-rəsmi müsəlman nikahları bağlamaqda günahlandırması Özbəkistanda mübahisələrə səbəb olub.

Dilbahor Yaqubova sözügedən şərhini populyar bir televiziya verilişində iştirak edərkən söyləyib. Həmin verilişin daha bir iştirakçısı professor Dilfuza Rəhmətullayeva isə deyib ki, ölkədə «dini azadlıq» şəraiti çoxarvadlılıq hallarının artmasına gətirib çıxarıb.

Bu mövzuya dair televiziya debatı cəmiyyətdə mübahisələrə təkan verib.

Qadınları dəstəkləyənlərdən biri, BBC Özbək xidmətinin «Facebook» səhifəsinə yazıb ki, Daşkənd bölgəsinin kənd rayonlarında savadsız mollalar cavan kişiləri ikinci arvad ilə evlənməyə təhrik edirlər.

«Nikah rəsmi qeyd olunmadığına görə, onlar asanlıqla boşanır və Şəriət qanunlarına uyğun olaraq başqası ilə evlənir».

«Facebook» istifadəçisinin sözlərinə görə, əhalisi 32 milyon olan ölkədə qeydiyyatsız nikahların sayı yüz minlərlədir.

Lakin digər istifadəçi bu praktikanı müdafiə edərək bildirib ki, «dövlət rəsmilərindən isə, dini təmsilçilərin nikah işlərinə nəzarət etməsi daha məqsədəuyğundur».

«VVAQ-larda işləyən qulluqçuların əksəriyyəti ailəsizdir və ya boşanıb. Bu qadınlar imamlara niyə dərs oxumalıdır ki?», - «Youtube» istifadəçisi soruşub.

Çoxarvadlılıq mövzusu bu yaxınlarda qızğın müzakirə mövzusu olub.

İyun ayının ortalarında prezident Şavkat Mirziyoyev çoxarvadlılığın «arzuolunmaz nəticələrə» gətirib çıxardığını qeyd edəndən sonra dövlət mediasında bu adətə qarşı kampaniya başlayıb.

Çoxarvadlılıq Özbəkistanda qeyri-qanuni sayılsa da, həmin adət İslam qanunlarını bəzi tərəfdarları tərəfindən müdafiə olunur.

Tənqidçilər və o cümlədən qadın haqlarının müdafiəçiləri, deyir ki, bu dövrü artıq çıxmış bir adətdir və sadəcə dini bəhanələrdən istifadə olunaraq çoxarvadlılığın müdafiəsinə xidmət edir.

Təklif olunun yeni qanun layihəsində nikah mərasimlərini keçirən molla və imamların buna görə məsuliyətə cəlb olunması nəzərdə tutulur.

Lakin Özbəkistanda cəmiyyətin mühafizəkar təbəqələri hesab edir ki, yeni qanunvericilik boşanmaların və fahişəliyin artmasına gətirib çıxaracaq.

Populyar bloqçulardan biri yazıb kı, çoxarvadlılığa mənfi yanaşmaqla hər bir müsəlman özünü kafirə döndərir.

Lakin digər populyar bloqçu hesab edir ki, «çoxarvadlılıq əxlaqsızlığı dini bəhanələrlə ört-basdır etmək deməkdir».

«İkinci arvad olmaqdansa, heç ərə getməmək daha yaxşıdır», - çoxarvadlılığın daha bir tənqidçisi yazıb.

«Qadınlar çoxarvadlılıqla barışırsa, onda kişilərin onları minməsinə də təəccüb etməməlidirlər. Bir qadın kimi mən bunun əleyhinəyəm», - həmin istifadəçi yazıb.

Qanunvericilikdə çoxarvadlılıq qadağan olunsa da, bu cür hallar Özbəkistanda geniş yayılıb.

Bir çox evil özbək kişiləri xaricdə başqa qadınlarla evlənərək, Özbəkistandakı ailələrini atır. Qeyri-rəsmi rəqəmlərə görə, Rusiyada miqrant işçi qüvvəsinin təxminən 3 milyonunu özbəklər təşkil edir.