vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0368 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3022 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
14:40 | 21 iyul 2017 | Cümə Məqaləyə 340 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ İranı «terrorizmin ən böyük sponsoru» adlandırıb

Dövlət Departamenti bəyan edib ki, öz ölkələrinə qayıdan İŞİD-çilər Mərkəzi Asiya və Balkanlarda təhlükə təşkil edə bilərlər

KAMRAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Donald Trampın prezident seçilməsindən sonra İranla ABŞ arasında münasibətlər kəskinləşməkdə davam edir. Belə görünür ki, Tramp administrasiyası respublikaçıların ənənəvi antiiran siyasətini davam etdirəcək.

Yeri gəlmişkən, Birləşmiş Ştatların Dövlət Departamentinin hesabatında deyilir ki, İran 2016-cı ildə də «terrorizmin ən böyük sponsoru» olaraq qalıb. Ötən gün açıqlanmış hesabatda bildirilir ki, İslam Dövləti adlandırılan təşkilat İraq və Suriyada böyük itkilər verib. Bununla belə qeyd edilir ki, öz ölkələrinə qayıdan İŞİD döyüşçüləri Mərkəzi Asiya və Balkanlarda təhlükə təşkil edə bilərlər. Ölkəbəölkə terrorizmə həsr edilmiş hesabat 2004-cü ildən hər il dərc olunur. Təhlilçilər bildirirlər ki, Dövlət Departamentinin hesabatında İranın hədəfə alınması Tehranla Vaşinqton arasında münasibətlərin gərgin vaxtına təsadüf edib.

İran terrorizmə dəstək verdiyi barədə bütün ittihamları rədd edir. ABŞ Dövlət Departamentinin bəyanatında söhbət ilk növbədə İranın dəstəklədiyi Hizbullah kimi qruplaşmalardan gedir. Sənəddə qeyd olunur ki, bu qruplaşmalar ABŞ və onun müttəfiqlərinin maraqları üçün təhlükədir.

Hesabatda deyilir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu və onun nəzarətində olan qruplaşmalar regionda sabitsizləşdirici qüvvə kimi fəaliyyət göstərir. Lakin digər tərəfdən, hesabat sünnilərin rəhbərlik etdiyi İŞİD-in səkkiz tanınmış qruplaşmasını «qlobal təhlükəsizliyə ən böyük hədə» adlandırır. Sənəddə bildirilir ki, İŞİD İraqda və Suriyada nəzarət etdiyi ərazilərin 25 faizindən çıxarılıb. Bu da qeyd olunur ki, sərhədlərin möhkəmləndirilməsi nəticəsində İŞİD öz qüvvələrini saxlaya bilməyib. Bununla belə, hesabatda İŞİD-in böyük qlobal təhlükə olaraq qaldığı xüsusi vurğulanır. Qeyd edilir ki, evlərinə qayıdan cihadçılar həmin ölkələr üçün təhlükəsizlik hədəsi təşkil edirlər. Məsələn, İraq və Suriyada İŞİD-in sıralarında döyüşən 1000 tacik cihadçı qeydə alınıb.

Birləşmiş Ştatlar İranın ballistik raket proqramı ilə bağlı bu ölkənin 18 fərd və şirkəti üzərinə yeni sanksiyaların tətbiqi barədə də qərar qəbul edib. Yeni sanksiyaların elan edilməsi ilə eyni gündə Vaşinqton bildirib edib ki, Tehran 2015-ci ildə imzalanmış nüvə sazişinin şərtlərinə əməl edir. ABŞ Maliyyə Nazirliyi bildirib ki, İranın 16 vahidinə və fərdinə «qanunsuz fəaliyyətlə bağlı» sanksiyalar tətbiq ediləcək.

Sanksiyalara məruz qalanlar İran hərbiyyəsi və ya İslam İnqilab Keşikçiləri ilə bağlı olan şəxslərdir. Dövlət Departamentinin sözçüsü Heater Nauert deyib ki, İranın ballistik raketləri sınaqdan çıxarması bilavasitə BMT-nin qətnaməsinə ziddir. Dövlət Departamenti habelə Baquer Namazi, Siamak Namazi və Xiyue Vanq da daxil İran həbsxanalarında olan bütün ABŞ vətəndaşlarının azad edilməsinə çağırıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Tramp administrasiyasını yeni sanksiyalar tətbiq etməklə «atmosferi zəhərləməyə» cəhddə günahlandırıb. Baxmayaraq ki, Tehranın 2015-ci ildə imzalanmış nüvə sazişinin şərtlərinə əməl etdiyini Vaşinqton özü də vurğulayır. «Təəssüf ki, hazırkı administrasiya üçün sanksiyaların tətbiqi  pis vərdişə çevrilib», – deyə Nyu Yorkda BMT-nin qərargahında jurnalistlərə açıqlamasında Məhəmməd Cavad Zərif  vurğulayıb. O əlavə edib ki, «beynəlxalq ictimaiyyət bu böyük teatra əhəmiyyət vermədən İranla əməkdaşlığı davam etdirir». Ağ Ev bildirir ki, İran razılaşmaya texniki olaraq əməl etsə də, müqavilənin «ruhuna» xələl gətirir, ballistik raketləri sınaqdan keçirməkdə davam edir. Nazir isə yeni sanksiyaları «qanunsuz» adlandırıb, Amerikanın CBS News telekanalına müsahibəsində deyib ki, bu sanksiyalar nüvə razılaşmasının «ruhuna» ziddir.

Öz növbəsində İran prezidenti Həsən Ruhani ölkəsinin Birləşmiş Ştatların sanksiyalarına müqavimət göstərəcəyini və İslam Respublikasına qarşı yeni sanksiyalara cavab verəcəyini bildirib. «Biz Birləşmiş Ştatlara müqavimət göstərəcəyik. Böyük İran dövləti münasib cavab verəcək», - deyə H.Ruhani bildirib. İran prezidenti bu açıqlamanı Nazirlər Kabinetinin televiziya ilə yayımlanan iclası zamanı verib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *