vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
10:28 | 28 iyul 2017 | Cümə Məqaləyə 1801 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Biz ruslarla döyüşürük»

Mixail Saakaşvili: «Dünya ukraynalıların qəhrəmancasına müqavimətinin qiymətini verməlidir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vileyətinin keçmiş qubernatoru Mixail Saakaşvili bildirib ki, ABŞ prezidenti Donald Trampın Ukraynanın ABŞ-dakı seçkilərə müdaxilə barədə danışmağa haqqı var. Virtualaz.org xəbər verir ki, bu barədə o, CNN telekanalına danışıb.

«Məsələn, cənab Tramp Ukrayna barədə nəsə söyləyib. Biz Ukraynada ABŞ tərəfindən Ukrayna xalqının dəstəklənməsini qiymətləndiririk. Biz ruslarla döyüşürük. Dünya ukraynalıların qəhrəmancasına müqavimətinin qiymətini verməlidir, lakin digər tərəfdən, prezident Tramp haqlıdır. Bəzi ukraynalı oliqarxların başladığı çirkin oyunlar baş verir», - Saakaşvili vurğulayıb.

Xatırladaq ki, iyulun 25-də Donald Tramp Ukrayna hökumətinin prezident seçkiləri dövründə namizəd Hillari Klintona göstərdiyi dəstəyi araşdırmağın lazım olduğunu yazmışdı.