vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
22:14 | 9 avqust 2017 | Çərşənbə Məqaləyə 2036 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mən Gürcüstandanam və mənim ölkəm Rusiya tərəfindən işğal olunub»

İşğalla bağlı fləşmob və Tiflis mağazalarının birində satılan çanta sosial şəbəkələrdə mübahisələr doğurub

MÖVZU İLƏ ƏLAQƏLİ

«Mən Gürcüstandanam və mənim ölkəm Rusiya tərəfindən işğal olunub», - 10 minlərlə istifadəçi belə bir yazılı lövhəni Rusiya-Gürcüstan müharibəsinin ildönümü ilə bağlı «Facebook»dakı şəxsi profilinə yerləşdirib.

Aksiya heç də hamının xoşuna gəlməyib.

Tikanlı məftil təsviri ilə müşayiət olunan lövhə Gürcüstandan qopmuş regionlarda sərhəd nişanələri və hasarlardan xəbər verir.

Bir neçə gün əvvəl fləşmobu işə salan Оn.ge internet nəşri onun populyarlıq rekordu vurduğunu bildirir.

4 gün ərzində öz profil şəklıni 100 min adam dəyişdirib.

«Biz müntəzəm olaraq müxtəlif hadisələr üçün fərqli yazılı lövhələr hazırlayırıq. Onları gürcüstanlı istifadəçilər yükləyir. Bu onlar arasında ən populyar olanıdır», - BBC-ə nəşrin direktoru Nodar Davituri deyib.

Onun sözlərinə görə aksiyanın məqsədi ölkə ərazisində - Gürcüstandan qopmuş Cənubi Osetiya və Abxazıyada - Rusiya qoşunlarının olmasını xatırlatmaq idi və buna da nail olunub.

«Mən Gürcüstandanam və mənim ölkəm Rusiya tərəfindən işğal olunub», - Rusiya-Gürcüstan müharibəsinin ildönümü ilə bağlı 10 minlərlə istifadəçi belə bir yazılı lövhəni «Facebook»dakı şəxsi profili şəklinə əlavə edib.

«Bir çox adam, «Facebook»un gürcüstanlı istifadəçilərinin təxminən 20 faizi bu lövhəni yerləşdirib. Hər bir istifadəçi ən azı 10 nəfər dosta malik olduğuna görə bütün Gürcüstan «Facebook»u onu gördü», - Davituri deyir.

Rusiyanın qarşısını lövhələrlə almaq olmaz

Məryəm Pesvianidze tanışının avatarını görəndən sonra öz profil şəklini dəyişdirib.

«Mən öncə nəyin baş verdiyini anladım. Daha sonra avatarları görəndə bunun «Facebook» daxilində aksiya olduğunu başa düşdüm. Dərhal ona mən də qoşuldum», - deyir Məryəm.

«Gürcüstan istifadəçiləri arasında məsələ sual doğurmur. Aydındır ki, Gürcüstan işğal olunub və dinc müharibə vəziyyətindədir.

Lakin mənim Moskva və Peterburqdakı dostlarım, azdan-çoxdan mötəbər mənbələrdən məlumat alanlar da, təəssüf ki, bir qayda olaraq, Gürcüstanda baş verənlərdən bixəbərdir», - Məryəm qeyd edir.

Məryəm lövhədən istifadə edəndən sonra, onun bəzi dostları həqiqətən də, Gürcüstanda baş verənlərlə bağlı suallar verməyə başlayıb.

«Bu mənə bir qədər qəribə gəlirdi, lakin digər tərəfdən anlayırdım ki, onlar bunu qəsdən etmirlər. İnsanlar bunu unudublar, səmimi olaraq hansısa işğalın yer aldığını başa düşmürlər», - o, deyir.

Profillərin kütləvi dəyişdirilməsi sosial şəbəkələrdə Gürcüstan istifadəçiləri arasında da neqativ reaksiya yaradıb.

Belələri aksiyanın mənasız olduğunu, onun nəticəsində Rusiyanın Gürcüstan siyasətini dəyişdirməyəcəyini düşünür.

Lövhədəki yazının yalnız bir qisminin düzgün olmadığını hesab edən istifadəçilər ideya müəlliflərini tənqid ediblər.

Onlar deyir ki, Rusiya Gürcüstanı bütövlükdə yox - onun hissəsini işğal edib.

«Dostlar «Mən Gürcüstandayam və mənim ölkəm Rusiya tərəfindən işğal olunub», - deməklə siz beynəlxalq ictimaiyyətə, turistlərə və potensial investorlara ölkə barədə yanlış mesaj verirsiniz. Belə çıxır ki, ölkə Rusiya dövlətinin silahlı qüvvələri tərəfindən bütövlükdə işğal olunub və hazırda ərazidə hərbi hərəkətlər aparılmaqdadır. Bu həqiqətə uyğun deyil», - Nino Dzaqanişvili adlı istifadəçi öz dediklərini #Rusiyaevəget statusu ilə müşayiət edib.

O, istifadəçilərə Rusiya tərəfindən işğal olunmuş ərazilərin konkret adlarının göstərilməsini təklif edir.

«Mən Gürcüstan ərazisinin bütövlükdə işğal altında olduğunu hesab etmirəm. Allah bizə bunu göstərməsin və itirilmiş ərazilər tezliklə qaytarılsın! Mən Gürcüstandayam və ölkəmin 1/5-i 2008-ci ildən Rusiya tərəfindən işğal olunub!!!», - istifadəçi İa Tinikaşvili yazıb.

Davituri tənqidə cavab olaraq deyir ki, Gürcüstanda ölkənin məhz hansı hissəsinin Rusiya tərəfindən işğal olunduğunu hamı bilir və bunu dəqiqləşdirməyə ehtiyac yoxdur.

«Belə aksiyalar Rusiyanı qorxudub geri çəkilməyə məcbur etdirmək üçün yox, nəyin baş verdiyini xatırlatmaq və müzakirələrə təkan vermək məqsədini daşıyır», - o, israr edir.

İşğal barədə avatarlar Rusiyanın Gürcüstana qarşı hərəkətlərinə etirazın yeganə forması deyil. Beləki, mövzu ilə bağlı qızğın debatlar yalnız internet avatarları ilə məhdudlaşmır.

Tbilisi mərkəzindəki kafe-mağazalarının birində Rusiyanın işğalı barədə analoji yazını əks etdirən çantanın şəkli Rusiya və Gürcüstan istifadəçiləri arasında kəskin reaksiya doğurub.

«Bir növ xoşa gəlməz oldu... bizim isə xəbərimiz yoxdur. Gürcüstanı sevirik... amma bax gör nə alınır», - şəkli paylaşan penalitrova adlı istifadəçi yazır.

«Sabah ərimlə alış-veriş üçün sizin mağazaya baş çəkməyə hazırlaşırdıq, nə yaxşı ki, münasibətinizi vaxtında gördük! Satışlarda uğurlar!)», - alinagaydabura belə şərh verib.

Öz növbəsində gürcüstanlı istifadəçilər rusiyalı hərbçilərin Gürcüstan ərazisində olmasını xatırlamağa səsləyirlər.

«Təəssüflər olsun ki, siz bizi düşünməyə səsləyirsiniz, biz çox düşünürük və sizin siyasətinizdən əziyyət çəkirik. Siz özünüz düşünün ki, bütün dünya rusiyalıları niyə xoşlamır», - sopusha13 yazır.

«Gözünüzü açın: Burda Rusiya xalqının ünvanına heç bir təhqir yoxdur, çantanın üzərində real faktdır! Bütün gürcülərin ağrısı!», - belə şərhi ek_khid adlı istifadəçi yazıb.

Mağazanın əməkdaşı Nutsa Dolidzenin sözlərinə görə belə çantalar düzəltmək ideyası dizayner Tinatin Kvinikadzenin ideyasıdır.

İki həftə əvvəl satışa yüzədək çanta çıxarıldı. Onlar üç gün ərzində satıldı, Nutsa Dolidze deyir.

«Bu çantanı almaq istəyənlərdən gündə 40 zəng daxil olurdu. Tam «anşlaq» idi. Biz (çantaların – red.) yeni bir partiyasını hazırladıq, alıcılar dalğası isə ara vermir», - Nutsa Dolidze qeyd edir.

Yerli istehlakçılar malı fəal alırlar. Lakin kafe kimi də fəaliyyət göstərən mağazaya Rusiyadan da xeyli turist baş çəkir.

Onlardan bəziləri öz narazılığını gizlətmir, Nutsa vurğulayır.

«Bəziləri sual verir, digərləri isə bilavasitə tənqidə keçir. Elə hallarda olub ki, satışda belə çanta barədə xəbər tutanlar məhz xüsusən narazı olduqlarını bildirmək üçün gəliblər. Lakin əksəriyyət münasibət bildirmir. Bunu məqbul sayan, nədən söhbət getdiyini bilən rusiyalı müştərilərimiz də olub».

Nutsanın sözlərinə görə yeni çantanı alanlar yalnız yerli sakinlər deyil.

Xüsusi maraq göstərənlərə Ukrayna turistlərini aid etmək olar.

«Ukraynadan olan müştərilərdən biri hətta üzərində Gürcüstan sözü əvəzinə Ukrayna yazılmış çantaların satılmasını təklif edib».