vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
15:43 | 21 yanvar 2014 | Çərşənbə axşamı Məqaləyə 2562 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Öcalan əsəbləşib

«Qorxurlar və həsəd aparırlar» sözləri terrorçubaşını özündən çıxarıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Abdullah Öcalan İmralı həbsxanasından Nelson Mandelanın ölümü ilə bağlı «Guardian» qəzetinə məktub göndərmişdi. Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, məktubda Öcalan özünə və kürdlərin müstəqillik mübarizəsinə qarşı haqsızlıq olduğunu bildirmişdi.

«Guardian» qəzeti irqçi rejimlə mübarizə aparan Mandelanın 27-il həbsdə olduğunu yazmışdı. Daha sonra qəzet Mandelanı ortaq nöqtələri olan üç liderlə müqayisə etmişdi. Nehru, Aung Sang Suu Kyi və Abdullah Öcalan. 
Öcalanla bağlı Guardian, «Öcalanın yolunu gedənlər Mandela şablonuna uymur. Öcalandan qorxurlar və həsəd aparırlar. Mandella isə Hörmət olunan və sevilən biri idi». -yazıb.
PKK lideri «qorxurlar və həsəd aparırlar» sözündən xeyli narahat olub. Köləliyə, qətliama, qırğınlara qarşı inkar siyasəti apardığı vaxtı ona olan inamın təhlükəyə atdığını düşünüb. Öcalan ona qarşı düşmən mövqe göstərildiyini bildirib. 
14 ildir həbsdə olan Öcalan yazıb: «Məni həbsdə saxlayanlardan başqa kiminsə məndən qorxduğuna heç kimi inandıra bilməzlər». 
Öcalan 40 milyon kürdün təmsilçisi olduğunu xatırladıb. Kürd probleminin demokratik həllinə çalışdığını bildirərək, «Guardian»ın yazısında kürdlərin 40 illik mübarizəsinə hörmətsizlik edildiyini yazıb.
Öcalan özündənrazı görünsə də yazısında Mandela ilə fərq yox, oxşarlıqlarının olduğunu yazıb.