vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
20:03 | 21 yanvar 2014 | Çərşənbə axşamı Məqaləyə 2116 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İxtisarların yeni dalğası

ARDNŞ 20 min neftçiyə «xudahafiz» deyəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

«Dövlət Neft Şirkəti bu yaxınlarda 20 min nəfərə yaxın neftçini işdən çıxaracaq». Bunu virtualaz.org saytına açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib.

Hüquq müdafiəçisi bildirdi ki, ARDNŞ-in strukturlarına daxil olan idarə və müəssisələrin ləğvi, eləcə də neft hasilatının azalması nəticəsində xeyli neftçi işsiz qalacaq: «Dövlət Neft Şirkəti «ARDNŞ üzrə sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqram»ı təsdiq edib. Həmin proqrama uyğun qiymətləndirmə aparılması üçün komissiyalar yaradılır. Amma məsələ ondadır ki, komissiyalar işəgötürənlərə tabedir. Bundan əlavə, proqramın icra mexanizmi bəlli deyil».
M.Qəhrəmanlı qeyd etdi ki, işdən çıxarılanlara təzyiqlər edilir: «Təşkilata edilən müraciətlərdə deyilir ki, neftçilər onların əməkhaqlarının 5 mislinin ödənilməsinə məcbur edilir. İşdən çıxarılmış neftçilərə ödənilən kompensasiyadan 30 faiz vergi tutulur. Bundan sonra işçi iş və ya güzəşt tələb edə bilməz. Buna görə də müraciət edənlərə diqqətli olmağı tövsiyə edirik».
Hüquq müdafiəçisi dedi ki, neftçilərə artıq icrasına başlanılmış bu proqramla bağlı məlumat verilmir: «Əslində isə proqramda nəzərdə tutulan tədbirlərlə bağlı məlumatlar hazırlanmalı və paylanılmalıdır. İşçinin məlumatsızlığından istifadə edilməsinin qarşısı alınmalıdır».
M.Qəhrəmanlının sözlərinə görə, ARDNŞ-in tabeliyindəki zavodlarda beynəlxalq audit şirkəti tərəfindən audit aparılır: «Auditin nəticələrini gözləyirik. Yəqin ki, zavodlarda da ixtisarlar aparılacaq. Çünki beynəlxalq audit şirkəti bu strukturda islahatların aparılmasını təklif edir».
Yada salaq ki, ARDNŞ ötən ilin sonlarında bir neçə trest və idarəsini ləğv edib, nəticədə minlərlə neftçi işsiz qalıb.