vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
ELM-TƏHSİL, DİN  
10:21 | 30 avqust 2017 | Çərşənbə Məqaləyə 2541 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İslam dəyərləri və ənənələri Azərbaycanda uca tutulub»

Prezidentdən xalqı təbrik etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə dövlət başçısı bildirilir ki, dünyanın müxtəlif guşələrində yaşayan bütün Azərbaycan vətəndaşlarını mənəvi kamillik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir.

«Öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünyagörüşünün formalaşmasında, milli-mədəni inkişafında müstəsna rol oynayıb. Mütərəqqi islam dəyərləri və ənənələri Azərbaycanda həmişə uca tutulub».

Prezident vurğulayıb ki, bu insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən bir bayramdır.

«Bu əziz gündə müsəlmanlar Allah yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir. Allaha yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər. Xalqımız öz milli-mənəvi dəyərlərinə və ənənələrinə həmişə ehtiramla yanaşır. Bütün dini mərasimlər, o cümlədən Qurban bayramı hər il böyük təntənə ilə qeyd edilir. Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, geniş xeyriyyəçilik işləri görülür, dövlətimizin tərəqqisi və əmin-amanlığı üçün dualar edilir. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur».

Prezident sonda əminliyini bildirir ki, builki Qurban bayramı da cəmiyyətdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcək.

İslam dininə görə, hər bir imkanlı şəxs qurban kimi bir heyvan kəsməlidir. Qurban kəsiləcək heyvanın ətinin bir hissəsinin imkansız ailələrə, yetimlərə paylanması vacib sayılır.

Bu il Qurban Bayramı sentyabrın 1-i və 2-nə düşür.