vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
19:40 | 31 avqust 2017 | Cümə axşamı Məqaləyə 2231 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ATƏT-in İrəvandakı ofisi bağlandı

Lamberto Zannier: «Təəssüf, Ermənistanla işimizə son qoymağa məcburuq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gündən ATƏT-in İrəvan nümayəndəliyi fəaliyyətini dayandırır. Bu barədə qərar iyunun əvvəlində ATƏT-in Daimi Şurasında mübahisəli müzakirələr və ofisin bağlanmasına dair tənqid edən bəyanatlardan sonra qəbul olunmuşdu.

Cənubi Qafqazda fəaliyyət göstərən ATƏT-in yeganə ofisinin bağlanması prosesinin təşkili ilə şəxsən məşğul olmaq üçün İrəvana gedən təşkilatın katibi Lamberto Zannier Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla birgə mətbuat konfransında bu barədə təəssüflə danışmışdı.

«Təəssüf, biz ofisin işini davam etdirməsi üçün konsensus əldə edə bilmədik. Mən ofis heyəti ilə söhbət etmək və bağlanması prosesini təşkil etmək üçün gəlmişəm. Təəssüf, Ermənistanla işimizə son qoymağa məcburuq», - Lamberto Zannier deyib.

İrəvan ofisinin gələcək fəaliyyətinin maliyyələşdirilməsinə qarşı Azərbaycan nümayəndəliyi çıxış edib. Azərbaycanın veto hüququndan istifadə etməsinə, rəsmi Bakı üçün Ermənistanda Azərbaycanla sərhədyanı bölgələrdə və ələlxüsus, Dağlıq Qarabağda ATƏT-in mandatı üzrə nəzərdə tutulmayan (məsələn, minalardan təmizlənmə) proqramların maliyyələşdirməsi səbəb olub.

ATƏT katibi Azərbaycanın veto hüququndan istifadə etməsinə dair fikir söyləməkdən çəkinərək, ATƏT-in konsensus prinsipi əsasında işlədiyini və heç bir zaman konsensusa qatılmayan ölkəni qınamadığını bildirib.

Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tiqran Balayan rəsmi İrəvanın ATƏT-in Azərbaycan tərəfi narahat edən proqramlardan imtina etməsinə dair vədlərinə baxmayaraq, Bakının Ermənistanda ATƏT nümayəndəliyinin «bağlanması istiqamətində məqsədyönlü fəaliyyətini» davam etdirdiyini bildirib.

Ermənistan Cənubi Qafqazda ATƏT ofisi fəaliyyət göstərən yeganə ölkə idi. ATƏT ofisi İrəvanda 1999-cu ildə təsis edilib və 2000-ci ildə fəaliyyətə başlamışdı.

Təşkilatın 2000-ci ildə Bakıda açılan ofis fəaliyyətinə 2014-cü il 1 yanvar tarixində xitam verib.

Tbilisidə isə 1992-ci ildən fəaliyyət göstərən ATƏT-in mandatının müddəti 2008-ci ildə, 31 dekabrda başa çatıb və ondan sonra uzadılmayıb.