Tramp öz yaxın ətrafından bezib, ətrafı da ondan
«Ya bu yaxınlarda ölkəni sarsıdacaq istefalar baş verəcək, ya da yaxın ətrafı tezliklə prezidenti yola salacaq»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
-
Nüvə müharibəsinə hazırlıq qızışır
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
-
Çinə qarşı kiber hücum ittihamı
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
Amerika seçicisi balans istəyir
Sorğuda respondentlərin əksəriyyəti “dünya siyasətinə daha az qarışılmasına” tərəfdardır
-
“Onlar insan deyil”
Tramp ölkədəki qeyri-qanuni mühacirləri hədəfə alıb
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
“ABŞ seçkiyə kölgə saldı”
Nikolas Maduro: “Vaşinqtonda əsəblər gərgindir”
-
Vaşinqton və “boz ərazi”
Bayden administrasiyasının heç vaxt dəqiq strategiyası olmayıb
-
“Əlaqələr kəsilməməlidir”
ABŞ və Çin arasında kritik görüş – “Tayvan qırmızı xətdir”
-
5 milyard ödəyəcək
“Google” təzminat iddialarını qəbul edib
-
“Lego”dan ABŞ polisinə etiraz
Şübhəlilərin üzünün örtülməsinə görə ....
-
“Mən kampaniyamı dayandırıram...”
“Açıq sərhədlər, artan cinayətlər, rekord inflyasiya” ABŞ-da problemə çevrilib
-
NATO-ya qadın başçı
Dünyanın ən güclü hərbi ittifaqına qatı antirusiyaçı, keçmiş SSRİ vətəndaşı rəhbərlik edəcək
ABŞ prezidenti Donald Tramp getdikcə öz ətrafından daha çox məyus olur. Bununla bağlı ABŞ qəzetlərində hər gün yazılar dərc olunur. «The Washington Post»un verdiyi xəbərə əsasən, Tramp dövlət katibi Reks Tillerson, Ağ Ev administrasiyasının rəhbəri Con Kelli və Milli İqtsadi Şuarnın direktoru Geri Kondan narazılığını hər kəsin yanında, daha uca səslə dilə gətirməyə başlayıb.
Bundan başqa, respublikaçı prezident fəaliyyətinin ABŞ mediasında daima neqativ çalarlarla işıqlandırılmasından qəzəbini ifadə edir. Prezident mənsub olduğu partiya rəhbərlərinin də ona qarşı vəfasızlıq nümayiş etdirdiyi düşüncəsindədir.
Qəzetin yazdığına görə, artıq Reks Tillersonun öz vəzifəsində bir ildən çox müddətdə qalacağı fikri hər kəsdə təəccüb doğurur.
«The Washington Post»un fikrini öyrəndiyi respublikaçı siyasətçilərin bildirdiyinə əsasən prezident Tramp Əfqanıstanda qulluq edən hərbçilərin sayı, Qətərin və Kubanın blokadası kimi məsələlərdə öz dövlət katibi ilə zidd mövqelərdə dayanıb.
Bundan başqa, Reks Tillersonun özünün prezidentin kaprizlərinə dayana bilmədiyi və öz vəzifəsində həddindən artıq narahat vəziyyətdə olduğu qeyd olunur. Dövlət katibinin yaranan situasiya ilə bağlı tez-tez Ağ Ev aparatının rəhəri Con Kellinin yanında şikayət etdiyi bildirilir.
Təsadüfi deyil ki, Reks Tillerson hər kəsin yanında öz şefi haqqında daha ehtiyatsız cümlələr qurmağa başlayıb. «Fox News Sunday» verilişi zamanı jurnalist Kris Uolles Tillersondan prezidentt Trampın Şarlotsvill hadisələri ilə bağlı söylədiyi fikirlərlə bağlı rəyini alarkən dövlət katibi hər kəsi şoka salan cavab verib: «Prezident öz-özünə danışır». Həmin vaxt Ağ Evin yüksək rütbəli məmurlarə prezidentin Tillersonun sözlərindən daha çox bir sıra məsələlərdə tutduğu mövqedən narazı qaldığını bildirməyə tələsiblər.
Hələ iyul ayında Washington Free Beacon Ağ Evin Birşləşmiş Ştatların xarici siyasət idarəsi ilə müharibə vəziyyətində olduğunu yazmışdı.
Tillersonu narazı salan məqamlardan biri də Dövlət Departamentinə kadr seçinində fəaliyyətinin məhdudlaşdırılması ilə bağlıdır. Elə bu səbəbdəndir ki, ABŞ xarici siyasət idarəsində bu vaxta qədər 130 vəzifə vakant qalıb. Bunların içində iki müavin və bir neçə vacib müşavir postları da var.
Donald Tramp öz aparat rəhbəri general Con Kelli ilə münasibətlərini korlamağa «müvəffəq» olub. Məqalədə Kellinin ABŞ vitse-prezidenti Maykl Pensin tövsiyəsi ilə belə bir mühüm posta irəli çəkildiyi qeyd edilir. Con Kelli bu vəzifədə Trampın öz adamı sayılan Rayan Pribusu əvəzləyib. İndi prezidentin dostları Ağ Evdə onun qəbuluna düşə bilməməkdən şikayətlənirlər.
Trampın özü isə öz biznes partnyorları və keçmiş müşavirləri ilə protokoldan kənar söhbət aparmalı olur.
ABŞ jurnalistləri Tramp və Kelli arasında uçurumu göstərən epizodu da xatırladıblar. Belə ki, prezident Arizona ştatında, Finiks şəhərində keçirilən mitinqdə Kellini səhnəyə dəvət edib. Lakin sonuncu onun çağırışını geri çevirib.
WP Trampın Milli İqtisadi Şuranın direktorunun ona qarşı gəlməsindən narahat olduğunu yazır. Geri Kon da prezidentin Şarlotsvil hadisələri ilə bağlı mövqeyindən (prezident həmin hadisələrdə irqçilərlə, onlara qarşı çıxış edənləri eyni dərəcədə günahlandırmışdı-red.) narazılığını açıq şəkildə dilə gətirməkdən çəkinməyib.
Tramp öz partiyadaşının rəhbər şəxsləri ilə də konfrontasiya vəziyyətindədir. Mətbuat D.Trampın partiya rəhbərliyinin onu saymadığı düşüncəsində olduğunu yazır.
ABŞ mediası ümumi mənzərini belə təsvir edib: ya bu yaxınlarda ölkəni sarsıdacaq istefalar baş verəcək, ya da yaxın ətrafı prezidenti yola salacaq...