vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
REGİON  
16:37 | 9 sentyabr 2017 | Şənbə Məqaləyə 2226 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrəvandan Moskvanın kürəyinə daha bir zərbə

Ermənistana «İsgəndər»lər və «Smerç»lər azlıq edir?

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın dövlət xəbər agentliyi RİA Novosti Ermənistan barədə neqativ məqaləni saytından silib. Virtualaz.org xəbər verir ki, bu məqalə Ermənistanın Çinlə hərbi-texniki əməkdaşlıq danışıqlarına həsr edilmişdi və «Silah dalınca Çinə: Ermənistana Rusiya «İsgəndər»ləri və «Smerç»ləri azlıq edir» adlanırdı.

Məqalə Ermənistan müdafiə naziri Vigen Sərkisyanın bu günlərdə Çinə etdiyi səfərə həsr edilmişdi. Bildilirdi ki, Ermənistan ucuz Çin silahları ilə maraqlanır. Baxmayaraq ki, Rusiya silah almaq üçün Ermənistana 200 milyon dollar güzəştli kredit verib.

Hərbi ekspert Aleksandr Xramçixin agentliyə şərhində demişdi ki, Ermənistan Çinlə hərbi-texniki əlaqələri dərinləşdirərək Moskvanı şantaj edir, daha çox ucuz silah almağa çalışır. Ekspertin fikrincə Ermənistanın Çindən silah almaq imkanı əslində yoxdur. Çünki bunun üçün bazar qiymətinə silahın dəyərini ödəmək lazımdır, Çin isə Ermənistana Rusiyadan daha ucuz qiymətlər təklif edə bilməz. Ermənistan bir neçə il əvvəl Çindən bir neçə WN-80 reaktiv yaylım atəşi sistemləri alıb və bununla da Pekinlə silah əməkdaşlığını məhdudlaşdırıb.

Agentlik xatırladırdı ki, Rusiya Ermənistana 280 kilometr mənzilli «İsgəndər-E» operativ-taktiki raketlərini verib, 200 milyon dollarlıq güzəştli kredit çərçivəsində isə bu ölkəyə «Smerç» reaktiv yaylım atəşi sistemləri də daxil olmaqla bir sıra silahlar satıb.

Lakin məqalə təqribən bir gün sonra saytdan silinib. Bu haqda lragir.am bildirir. RİA Novosti agentliyinə Marqarita Simonyan rəhbərlik edir. Agentlik son günlər Qərb KİV-lərinin Azərbaycana qarşı yazılarını tirajlayır.