vaxtlı-vaxtında oxuyun! Bazar, 19 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
REGİON  
17:29 | 13 sentyabr 2017 | Çərşənbə Məqaləyə 325 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mitinq olacaq»

Azərbaycanlı deputat Saakaşvili ilə danışıqlara başladı

Namidə BİNGÖL

MÖVZU İLƏ ƏLAQƏLİ

«Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bu gün saat 6-da Ukrayna şəhərlərinin birində insanları meydanlara toplayacaq. Mitinq olacaq».

Bunu Modern.az-a açıqlamasında Azərbaycanın Gürcüstan parlamentində təmsil olunan deputatı Azər Süleymanov Mixaei Saakaşvilinin Ukraynaya daxil olmasını şərh edərkən deyib.

Azər Süleymanov bildirib ki, dünən Saakaşvili ilə telefon əlaqəsi yaradıb.

«Axırıncı dəfə sentyabrın 9-da Saakaşvili ilə görüşmüşük. Dünən isə telefon vasitəsilə  söhbət etmişik. Məsələləri müzakirə etdik. Ən maraqlısı odur ki, artıq Ukrayna dövləti Saakaşviliyə cinayət işi aça bilmir. Onu Gürcüstana ekstradisiya da edə bilmirlər. Çünki Gürcüstan hökuməti Saakaşviliyə elə gülməli formada cinayət işi açıb ki, hələ tam məhkəmə qərarı belə verilməyib.

Halbuki, Gürcüstanın hazırkı rəhbərliyi büdcədə olan milyonları vəsaiti dağıtmaqla məşğuldur,  rüşvətxorluq baş alıb gedir. Əgər bu işlərə cinayət işi açılmayıbsa, Gürcüstanın indiki rəhbərliyini  15 ildən 50 ilə qədər cinayət işi gözləyir. Ukrayna prezidenti Pyotr Poroşenko ukraynalıların tərəfini yox, ciblərinin tərəfini tutdular. Bu da böyük narazılıqlar yaratdı».

Azərbaycanlı deputat deyir ki, Saakaşvilin Ukraynanın Çernovets şəhərində təşkil edəcəyi mitinqdə bu məsələlər tələb ediləcək.

«Bugünkü mitinqdə Saakaşvili növbədənkənar parlament seçkilərinin keçirilməsini və Poroşenkonun istefasını tələb edəcək. Bu gün Ukrayna pis vəziyyətdədir. Gündən-günə Ukraynada Saakaşvilinin tərəfdarlarının sayı artmaqdadır. Müxalif qüvvələr onun ətrafında toplaşıblar. Ukrayna kimi varlı dövlətin insanları aclıq və səfalət içindədir. Saakaşvili ukraynalıları ağ günə çıxaracaq».

Saakaşvilinin  ailəsinə gəlincə, Azər Süleymanov heç bir təhlükənin olmadığını dilə gətirib.

«Saakaşvilinin həyat yoldaşı Sandra xanım və uşaqları Gürcüstandadır. Bu gün Sandra xanımla görüşüb söhbət etdik. Ailəsinə qarşı heç bir problem yoxdur. Təhlükəsiz şəraitdə yaşayırlar».

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna polisi Mixail Saakaşviliyə ölkə sərhədlərini qanunsuz keçməyə görə cinayət işi açıldığını deyib.

Bundan əvvəl isə Pyotr Poroşenkonun qərarı ilə Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılmışdı.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *