vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0368 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3022 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
REGİON  
13:07 | 14 sentyabr 2017 | Cümə axşamı Məqaləyə 273 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Saakaşvilini təqib etməyin!

ABŞ Ukraynaya göstəriş verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Odessanın sabiq qubernatoru Mixail Saakaşvili pasportsuz səyahətini davam etdirir. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hazırda Ukrayna ərazisində olan Odessanın sabiq qubernatoru ölkə miqyasında tərəfdarlarının sayını genişləndirmək üçün imzatoplama kampaniyasına başlayacağını açıqlayıb.

Saakaşviliyə ilk dəstək ABŞ-dan gəlib. Dövlət Departamentindən Ukrayna prezidenti Petro Poroşenkodan sabiq qubernatorun təqibinə və onun ətrafında yaranmış siyasi drama son qoyulması tələb olunub.

Bu arada Saakaşvilinin fəaliyyətindən bəhs edən kitab seriyasının müəllifi Lali Moroşkina sabiq qubernatorun Ukrayna canfəşanlığını təsadüfi saymır və bunu okeanın o tayından verilən təlimatlarla əlaqələndirir. Müəllifin fikrincə, Mixail Saakaşvinin həyat yoldaşı Sandra Rulofsun ona bu məsələlərdə verdiyi dəstək də əbəs deyil. Müəllif hesab edir ki, cütlük konkret tapşırıqları yerinə yetirir.

«Vahid Gürcüstan» hərəkatının lideri Nino Burcanadze də sabiq Odessa qubernatorunun fəallığını təhlil edərkən bildirib ki, o, istisnasız olaraq Vaşinqtonun əmrlərini yerinə yetirir.

Bu arada Saakaşvili mətbuata açıqlama verib. «Biz daha yaxşı, öz vətəndaşlarına yalan danışmayan, gələcəyini özü quracaq bir Ukrayna istəyirik. Ölkə hakimiyyəti indi fırıldaqçılardan ibarətdir. Bu cür yalançıları dünya heç vaxt görməmişdi», - deyə sabiq qubernator deyib.

Xatırladaq ki, mövcud konstitusiyaya görə pasportsuz və ölkə ərazisində yaşamasının 10 ili tamam olmayan Mixail Saakaşvili prezidentliyə namizəd ola bilməz.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *