vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
21:41 | 30 sentyabr 2017 | Şənbə Məqaləyə 2112 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kreml RT və «Sputnik»in heyfini çıxır

Rusiya ABŞ-ın CNN telekanalını Rusiya qanunlarını pozmaqda ittiham edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyada mediaya nəzarət edən agentlik – Roskomnadzor ABŞ-ın CNN telekanalını Rusiyada yayın lisenziyasının qaydalarını pozmaqda ittiham edib. Pozuntuların nədən ibarət olduğu açıqlanmır.

Roskomnadzorun sentyabrın 29-da yaydığı məlumatda deyilir ki, CNN rəsmiləri agentlikdə görüşə dəvət ediliblər və onlara «Rusiyada kütləvi informasiya vasitələri barədə qanunun pozulması ilə əlaqədar xəbərdarlıq edilib».

«Interfax» agentliyinə verdiyi şərhdə Roskomnadzorun başçısı Aleksandr Jarov bəyanatın siyasi motivli olduğu barədə iddiaları rədd edib.

Jarov deyib ki, «mən siyasi idarədə işləmirəm, tənzimləyici idarədə işləyirəm».

Bundan başqa sentyabrın 29-da Rusiya prezidenti Vladimir Putin ölkə Təhlükəsizlik Şurasının yığıncağında demişdi ki, xaricdəki Rusiya media qurumları artan və «qeyri məqbul» təzyiqlərlə üzləşir.

Rusiyanın Xarici İşlər Nazirliyinin bundan bir gün əvvəl verilmiş bəyanatında deyilirdi ki, Birləşmiş Ştatlar Rusiyanın «Russia Today» (RT) xəbər şəbəkəsini Amerikada qeydiyyatdan keçməyə məcbur etməklə onun üzərinə əsassız təzyiqlər edir.

Nazirliyin sözçüsü Mariya Zaxarova Birləşmiş Ştatları «qanundan qərəzli və siyasi motivlərlə istifadə etməkdə» təqsirləndirmişdi. O əlavə etmişdi ki, Rusiya tərəfi bu hərəkətlərə adekvat cavablar verəcək.

RT-nin baş redaktoru Marqarita Simonyan sentyabrın 29-da deyib ki, onun rəhbərlik etdiyi qurumun ABŞ-da qeydiyyatdan keçməsi agentliyin işini sadəcə olaraq mümkünsüz edə bilər. O da demişdi ki, Rusiya müvafiq cavab addımları atacaq.

Birləşmiş Ştartlarda Rusiyanın ABŞ seçkisinə müdaxiləsinə dair bir neçə paralel təhqiqatlar aparılır.

ABŞ kəşfiyyatı RT və «Sputnik» media qurumlarının Rusiyadakı «korrupsiyalı hakimiyyətin qulluğunda» olduğunu bidlirib. Bundan başqa Rusiya dövlətinə bağlı bu qurumların ABŞ seçkisinə müdaxilədə iştirak etdiklərinə inanılır.

Rusiya ABŞ seçkisinə müdaxilə etdiyini danır.