vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
13:38 | 1 oktyabr 2017 | Bazar Məqaləyə 2096 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərkisyanın kişilənməsi…

Ermənilərin Avropa xülyasının içində nəsə varmı?..

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın noyabr ayında Avropa Birliyilə saziş imzalamağa hazırlaşması haqda xəbər bizi həm güldürdü, həm də bir az təəccübləndirdi: düşündük ki, əcəba, nə əcəb ermənilər belə kişilənmək qərarına gəliblər? Əvvəlcə məsələnin gülməli tərəfləri haqqında. İnternetin bütün imkanlarını səfərbər etdik ki, görək, bəs bu ermənilər Avropa Birliyi ilə axı nə imzalamağa hazırlaşırlar?

Dərhal diqqətimiz bir detal çəkdi. Bir erməni politoloqu yazırdı ki, imzalanacaq sazişin “geosiyasi göstəriciləri” yoxdur, yəni o, böyük bir ehtimalla Rusiyanı qıcıqlandırmayacaq.

Bir az da irəli gedərək bildik ki, burada azad ticarət zonası ilə bağlı da heç nə yoxdur, çünki Ermənistan bəlli olduğu kimi, Avrasiya İqtisadi Birliyinin və Gömrük İttifaqının üzvüdür və bunlar isə Avropa Birliyinə alternativ olan layihələrdir.

Onu da öyrəndik ki, viza rejimi ilə bağlı da hələ ki konkret nəsə nəzərdə tutulmur və ola bilsin, bu məsələ də gələcəkdə müzakirə predmeti olacaq. Ona görə də bizdə bir daha sual yarandı ki, bəs onda haylar bu təmtəraqla, hay-küylə noyabrda Brüsseldə Şərq tərəfdaşlığı sammitində nə imzalamağa hazırlaşırlar?..

Bu, məsələnin yalnız bircə tərəfidir. Digər bir detal isə onunla bağlıdır ki, erməni camaatı həmişə “iki stulda oturmağa” çalışsa da, bunun üçün Rusiyanın razılığı olmalıdır. Yada salaq ki, assosiasiya sazişi imzalanarkən də ermənilər bərk əl-ayağa düşmüşdülər, amma o zaman Moskvadan zəng gəldi və biçarə ermənilər kirimişcə yerlərində oturdular və gedib Rusiyanın təsis etdiyi Avrasiya İqtisadi Birliyinə və bir də Gömrük İttifaqına qoşuldular. İndi haylar düşünür ki, o vaxt ruslar bununla daha çox Ukraynanı qorxutmaq istəyirdilər və bu da alınmadı.

İndiki halda isə onlar bu fikirdədirlər ki, sazişdən Rusiyanı qıcıqlandıra bilən bütün məqamlar çıxarılıb və guya, Rusiyanın xarici işlər naziri S.Lavrov cənabları onun imzalanmasına şifahi razılığını veribdir. Amma rusiyalı politoloqlar arasında bu ovqat duyulmur. Mənim ən çox xoşuma gələn bu, oldu ki, Ermənistanın Avropa Birliyi ilə saziş imzalaya bilməsinə toxunan bir rusiyalı politoloq yazmışdı ki, qərarları adətən müstəqil dövlətlər verirlər, Ermənistan isə belə dövlət deyil və hər şey Rusiyanın verəcəyi qərardan asılı olacaq...

Beləcə, bizim başabəla qonşumuz yenə nəsə etməyə çalışır, amma nə etdiyini və necə etdiyini heç özü də bilmir. Ona görə də noyabrı gözləmək lazım gələcəkdir, görək, bunlar nə oyun çıxaracaqdır? Burada yadıma bu yaxınlarda NATO-nun Gürcüstanda keçirdiyi təlimlər düşdü – bəli, ermənilərin bu, da xoşuna gəlmişdi, hətta ikinci təlimdə də iştirak etmək istəyirdilər ki, Moskvadan qəfil zəng gəldi...

Güman, Avropa Birliyi ilə imzalanacaq saziş də belə olacaq. Hətta istisna deyil ki, o, imzalansın da, çünki bir az əvvəldə dedik ki, layihə deklarasiyadan başqa bir şey olmayacaq və real olaraq özündə heç nəyi ehtiva etmir...

Ən əsası isə heç bilirsinizmi, nədir? Hətta ən həyasız erməni politoloqların özləri də etiraf edir ki, Ermənistan müstəqilliyini itirmiş kimidir.

Görünür, bu detalı rusiyalı diplomatların diqqətinə “çatdırmaq” lazımdır - obrazlı şəkildə desək, bir zənglə Moskva İrəvanı hansısa “böyük qərarlar”dan belə çəkindirmək iqtidarındadırsa, deməli digər məsələlərdə də bunu edə bilərlər. Amma etmirlər...

Məsələn, elə bu yaxınlarda baxıram, bizimkilər iki azərbaycanlı girovu azad etmək üçün Avropa institutlarına müraciət edirlər. Düz də edirlər, bütün imkanlardan istifadə etmək lazımdır. Amma bu məsələ də Moskvanın bir zəngi ilə həll edilə bilər. Ən çox da adama təsir edən budur ki, girovlardan biri Rusiya vətəndaşıdır. Belə çıxır ki, Rusiya üçün öz vətəndaşı belə milliyyətcə rus deyilsə, məsələn, azərbaycanlıdırsa, artıq həmin vətəndaş onu maraqlandırmır...

Bəli, S.Lavrov cənabları bircə dəfə bu məsələyə toxunmuşdu. Yadınıza gəlirsə, bir rus əsgəri erməni ailəsini bütünlüklə qətlə yetirmişdi. O vaxt ermənilər həmin əsgərin Ermənistanda mühakimə olunmasını istəyirdilər və Lavrov da İrəvana təzyiq kimi, azərbaycanlı girovlardan birinin adını çəkmişdi. Amma yalnız bircə dəfə! Fərqi görürsünüzmü?..

Rus əsgəri bir ailəni qətlə yetirmişdi, amma o, milliyyətcə rus idi və Rusiya hakimiyyəti yamanca əl–ayağa düşmüşdü! Bəs bizim girovlar nə ediblər? Onlar ki, kimisə öldürməmişdi, amma neçə ildir ki, Ermənistanda girovluqdadırlar və ən təəccüblüsü də budur ki, bir az əvvəldə dediyim kimi, onlardan biri Rusiya vətəndaşıdır! Amma görünür ki, bu, çox azdır, rusiyalı diplomatların diqqətini çəkmək üçün Rusiya vətəndaşı olmaq azdır, həm də rus olmaq lazımdır!..

Fəqət, bu, da hamısı deyildir: elə rusların özlərinin də “ustanovkası” belədir ki, azərbaycanlıların gözünü elə qorxutmaq lazımdır ki, onlar heç vaxt Qarabağ torpaqlarına ayaq basmaq haqqında düşünməsinlər...