vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
BÖHRAN  
10:37 | 2 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 2146 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Vaxt itkisidir»

Donald Tramp dövlət katibinin səylərini boşa sərf edilmiş enerji adlandırıb

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti dövlət katibi Reks Tillersonun Şimali Koreya lideri ilə müzakirələr keçirilməsi səylərini boşa sərf edilmiş vaxt adlandırıb. Donald Tramp «Twitter» hesabında yazıb ki, Reks, enerjini əbəs yerə sərf etmə, biz nə lazımsa onu edəcəyik.

ABŞ Şimali Koreya ilə birbaşa kommunikasiya kanalı açıb və Kim Çen In rejiminin nüvə silahları iddiasından geri çəkilmələri ilə bağlı müzakirələrdə maraqlı olub-olmadıqlarını araşdırır.

Bu sözləri Çində səfərdə olan ABŞ Dövlət Katibi Reks Tillerson deyib. Dövlət Katibinin Pekinə səfərinin əsas məqsədi Çinin Koreya Xalq Demokratik Respublikasına qarşı «maksimum təzyiq» kampaniyasında əməkdaşlıq etməsidir.

Koreya yarımadasında gərginliyin artdığı bir zamanda Tillerson Çin prezidenti Şi Tsinpinq ilə Şimali Koreyanın nüvə proqramı müzakirə etməklə yanaşı, noyabr ayında ölkəyə prezident kimi ilk dəfə gələcək Donald Trampın səfərinə hazırlıq işləri ilə məşğul olub.

ABŞ Çin rəsmiləri ilə Şimali Koreyanın kömür, dəmir, qurğuşun və dəniz məhsullarının idxalının azaldılması ilə yaxın məsləhətləşmələr aparır.

Tam icra edildiyi halda bu ixtisarlar Şimali Koreyanın gəlirlərini əhəmiyyətli şəkildə azaldacaq. Dövlət Departamentinin verdiyi məlumata görə, Şimali Koreya 2016-cı ildə Çindən ixrac olunan məhsullardan 1.5 milyard dollar qazanıb.

Çin Şimali Koreyanın bir nömrəli ticarət tərəfdaşıdır. Vaşinqton deyir ki, sanksiyalar təşəbbüsünə Çinin də qoşulması Pxenyanın ağır valyuta qazanmaq imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq.