vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
11:01 | 2 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 2069 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərdoğan Bərzanini yalnız sözdə hədələyir, yoxsa…

Türkiyə prezidenti referenduma görə ağır hesab vəd edib

MÖVZU İLƏ ƏLAQƏLİ

«The İndependent» yazır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın kürd hakimiyyət orqanlarının müstəqillik referendumu keçirdiyinə görə ağır hesab ödəyəcəyini vəd edib. İraq kürdləri ötən bazar ertəsi keçirilmiş referendumda böyük səs çoxluğu ilə bu bölgənin müstəqilliyini dəstəkləyiblər.

Bundan əvvəl bütün regional ölkələr belə bir referendumun keçirilməməsi üçün xəbərdarlıq etmişdilər.

Bunlardan iki əsas regional dövlət - Türkiyə və İran - İraq kürdlərinin referendumunun onların öz kürd icmalarını qızışdıra biləcəyindən narahatdırlar.

«Onlar müstəqil dövlət yaratmırlar, onlar içərisini bıçaqla eşmək üçün regionda yaranın üstünü açırlar», - deyib Ərdoğan ötən şənbə günü hakim AKP-nin Ərzurumda keçirdiyi yığıncaqda.

«The İndependent» xatırladır ki, bundan əvvəl elə Ərdoğanın özü İraqın şimalındakı Kürdüstan muxtariyyəti ilə güclü ticarət əlaqələri yaradıb. Bu əlaqələrin nəticəsində hər gün yüzminlərlə barrel İraq nefti Türkiyə ərazisi ilə dünya bazarlarına çıxarılır.

Bu dəfə isə Ərdoğan məhz buna haqq qazandırmağa çalışıb.

«Biz keçmişlərdə etdiklərimizdən peşman deyilik. Lakin o vaxtdan bəri situasiya dəyişib və bizim hər məsələdə güclü dəstək verdiyimiz kürd regional hökuməti bizə qarşı addımlar atıb. Onlar bunun ağır hesabını ödəyəcəklər», - deyib Türkiyə prezidenti.

Türkiyə dəfələrlə İraq Kürdüstanı üzərinə iqtisadi sanksiyalar qoyacağı, onun beynəlxalq bazarlara çıxışını kəsəcəyi ilə hədələyib, habelə sərhəd bölgəsində İraq ordusu ilə birlikdə hərbi manevrlər keçirib.

Lakin «Ankara yük maşınlarının və neftin yolunu kəssə, İraq kürdləri ac qalacaqlar» deyən Ərdoğan əlavə edib ki, görüləcək tədbirlər vətəndaşları yox, referendum keçirənləri cəzalandırmalıdır.

İraqın Müdafiə Nazirliyi ötən cümə bəyan edib ki, onun qoşunları Türkiyə və İranla koordinasiyada muxtar regionun sərhədlərinə nəzarəti ələ alacaq.

Şənbə günü çıxış edən baş nazir Binəli İldırım bu planlar barədə heç nə deməyib, lakin bildirib ki, Ankara bundan sonra Ərbillə heç bir münasibətdə olmayacaq.

«Bundan o yana bizim regionla münasibətlərimiz Bağdaddakı mərkəzi hökumətlə qurulacaq, - deyib baş nazir, - İran, Türkiyə və İraq bu bölgədə oyunların oynanmasına yol verməyəcək».