vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
REGİON  
22:20 | 3 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2655 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Amma nə olsun?»

«Ermənistanda siyasi sistem şimpanze səviyyəsindədir»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ermənistanda siyasi sistem şimpanze səviyyəsindədir, hakimiyyət isə onu makaka səviyyəsinədək endirmək istəyir». «Trend» xəbər verir ki, bunu müxalif millət vəkili Nikol Paşinyan deyib.

«İrəvan şəhərində yerli özünüidarəetmə haqqında» qanuna dəyişikliklərin müzakirəsi zamanı millət vəkili bildirib ki, təklif olunan dəyişiklik Ağsaqqallar Şurasını şəhər referendumları keçirmək təşəbbüsündən məhrum edir: «Bu, şəhər hakimiyyətinin demokratiyasına təhdiddir. Bu kiçik məsələ kimi görünür, amma nə olsun? İnsanla oranqutan (əslində şimpanze – red.) arasında da genetik fərq çox kiçikdir - 2 faiz. Amma nəticə necədir? Ona görə də hakimiyyətdən xahiş edirəm: onsuz da siyasi sistemimiz şimpanze səviyyəsindədir, onu makaka səviyyəsinədək endirməyin».