vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
14:25 | 13 oktyabr 2017 | Cümə Məqaləyə 1618 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ yeni silah hazırladı

Rusiya bunu özü üçün təhlükə adlandırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

«ABŞ ani qlobal xarakterli zərbələr endirilməsi məqsədilə komplekslər hazırlayır. Onların əsas özəlliyi qeyri-nüvə təchizatı ilə də strateji nüvə qüvvələrinin tapşırıqlarını icra edə bilməsidir».

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu açıqlamanı Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Yemelyanov verib. O, həmçinin aşağı orbitallı peyk sistemi sayındakı artımın ABŞ Raket Hücumundan Müdafiə Qüvvələrinin informasiya imkanlarını artıracağını qeyd edib.

«2022-ci ilədək ABŞ-dakı müvafiq qüvvələrin balansında 1000 analoji sistem olacaq ki, bu da Rusiyanın kontinentlərarası raketlərinin sayından çoxdur. Bu fakt ölkəmizin raket hücumundan müdafiə potensialı üçün təhlükədir», - A. Yemelyanov belə deyib.

Bununla belə nazirlik rəsmisi Rusiyanın Rumıniya və Polşadakı radiolokasiya stansiyaları, eləcə də sualtı gəmilər vasitəsilə ölkə səmasını effektiv şəkildə müdafiə etdiyini vurğulayıb.

Qeyd edək ki, hazırda ABŞ-ın arsenalında 30 ədəd GBİ, 130 «Standard-3», habelə 150 ədəd raket əleyhinə müdafiə kompleksi var.