vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
15:55 | 26 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2386 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Üç adanın sirləri ələ keçdi

Daha bir offşor qalmaqalı yaxınlaşır

MÖVZU İLƏ ƏLAQƏLİ

Bermud adalarında qeydiyyatdan keçmiş «Appleby» şirkəti öz müştərilərini onların offşor aktivlərinə dair məlumatların yayılması təhlükəsi ilə bağlı xəbərdar edib.

Virtualaz.org xəbər verir ki, bu barədə «The Telegraph» məlumat yayıb. Bermud, Virgin və Kayman adaları offşor zonalarında şirkətlərin qeydiyyatı ilə məşğul olan bu şirkət ehtimal edir ki, müştərilərin məxfi məlumatlarını ötən il hakerlər ələ keçirib.

Qeyd olunur ki, offşorlar barədə məlumatlar yaxın vaxtlarda yayıla bilər. «Appleby» öz müştərilərinə tövsiyə edir ki, indidən hüquqi müdafiəyə hazırlaşsınlar və öz imiclərini müdafiə etmək üçün PR-mütəxəssislər tutsunlar.

«Appleby» bildirir ki, onların İT-mütəxəssisləri şirkətin daxili kompüter şəbəkəsinin «sındırıldığı» barədə məlumatları araşdırır. Qəzet qeyd edir ki, offşor sirlərinin üzə çıxması ilə bağlı yeni qalmaqal Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu tərəfindən Panamanın «Mossak Fonseca» şirkətinin müştərilərinin məlumatlarını «Panama kağızları» adı altında yaymasından cəmi il yarım sonraya təsadüf edə bilər. «Panama kağızları» dosyesi bir çox siyasətçilərin, o cümlədən Pakistan baş naziri Nəvaz Şərifin istefasına səbəb olub. Bu sənədlər əsasında araşdırma aparan Malta jurnalisti bu günlərdə avtomobilinin partladılması nəticəsində öldürülüb.