vaxtlı-vaxtında oxuyun! Şənbə, 16 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0032 AZN
Rusiya rublu 1 RUB = 0.0289 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2846 AZN
Türk lirəsi 1 TRY = 0.4379 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
10:58 | 20 noyabr 2017 | Bazar ertəsi Məqaləyə 595 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu FETÖ-nün metoduna oxşayır»

Türkiyə «NATO məmuru»nun cəzalandırılmasını tələb edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə NATO-nun Norveçdəki təlimləri zamanı Mustafa Kamal Atatürk və Rəcəb Tayyip Ərdoganın rəsmlərinin atış üçün hədəf kimi qoyulması, düşmən kimi təqdim edilməsi insidentinin sonadək araşdırılmasında israr edir.

Türkiyənin Avropa Birliyi üzrə naziri Ömər Çelik deyib ki, bunu edən «NATO məmuru» işdən çıxarılıb.

«İnsidentin bununla bitməsini istəmirik. Həmin adamın cəzalandırılmasını tələb edirik. Müttəfiq ölkələrin təhlükəsizliyini qorumalı olan NATO-nun öz qərargahının təhlükəsizliyinin qorunmadığı kimi bir halla üz-üzəyik».

Nazir bildirib ki, NATO Türkiyə prezidentindən hadisəyə görə üzr istəyib.

Amma əgər insident sonadək araşdırılmasa, bu, NATO-Türkiyə əlaqələrinə kölgə salacaq.

Hadisədən sonra Türkiyə təlimlərdəki 40 hərbçisini geri çağırıb.

NATO bildirir ki, Atatürk və Ərdoganın rəsmlərini atış üçün hədəf kimi qoyulması alyansın əməkdaşlarının işi deyil, bunu müqavilə ilə işə götürülmüş norveçli mülki şəxs edib.

Ömər Çelik deyib ki, həmin adamın kimliyi dərindən araşdırılmalıdır:

«Bu FETÖ-nün metodlarına oxşayır. Araşdırılacaq, bütün əlaqələri ortaya çıxarılacaq. Biz NATO-nun qurucu üzvüyük, orada önəmli bir qüvvəyik. İstəyirik ki, gərəkli olan ölçü götürülsün».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *