vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
BANK, BİRJA, SIĞORTA  
16:17 | 22 noyabr 2017 | Çərşənbə Məqaləyə 2196 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türk lirəsi batır…

Həm də Zərraba görə...

MÖVZU İLƏ ƏLAQƏLİ

«Financial Times» yazır ki, Türkiyənin milli valyutası lirə yeni rekord həddində ucuzlaşıb və Mərkəzi Bank bu prosesi dayandırmaq üçün cidd-cəhdlər edir.

Məqalədə deyilir ki, siyasi gərginliyin yüksəlişi və inflyasiyanın cilovlanması cəhdlərinin doğurduğu narahatlıq Türkiyənin hökumət bondlarını ucuzlaşdırıb və lirə ötən bazar ertəsi özünün son bir ildəki ən aşağı həddinə enib.

Mərkəzi Bank bildirib ki, hazırda bank kreditlərinin məhdudlaşdırılması hesabına «lirənin likvidliyini» cilovlamağa cəhd edir.

Təhlilçilər Türkiyə Mərkəzi Bankının gördüyü tədbirlərin nəticə verəcəyinə şübhə edirlər.

Reuters agentliyi xəbər verir ki, beləliklə, 1 dollar 3,97 lirəyə bərabər olub, bu isə lirənin sentyabrdan bəri çəkisini 17 faiz itirməsi deməkdir.

Ekspertlərin fikrincə, lirənin ucuzlaşması Ankara və Birləşmiş Ştatlar arasındakı münasibətlərin gərginliyi ilə birbaşa bağlıdır. Başqa bir səbəb Türkiyə Mərkəzi Bankının müstəqil olmamasıdır.

Mərkəzi Bank ikirəqəmli inflyasiyanı cilovlamaqla yanaşı prezident Rəcəb Tayyip Ərdoğanın uçot faizlərini aşağı həddə saxlamaq göstərişinin arasında vurnuxur.

Bankın gördüyü təcili tədbirlər lirənin düşməsini dayandıra bilməyib.

Lirənin ucuzlaşması inflyasiyanı artırıb, habelə idxal olunan enerji və başqa məhsulların qiymətini qaldırıb.

Xəbər verilir ki, Türkiyə-ABŞ münasibətlərinin gərginliyinə səbəb azərbaycanlı qızıl taciri Rza Zərrabın ABŞ-da mühakimə olunmasıdır.

O ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda ittiham olunur. Türkiyə hökumətinin sözçüsü ötən bazar ertəsi Zərrabın mühakiməsini «Türkiyəyə qarşı aşkar qəsd» adlandırmışdı.

Türkiyənin güvəndiyi xarici investorlar isə Mərkəzi Banka göstərilən siyasi təzyiqdən narahatdırlar.

Yanacaq kreditləri və tikinti üçün uçot faizlərinin aşağı həddə saxlanmasını istəyən Ərdoğan ötən həftə demişdi ki, hökumətin bu prosesə müdaxilə etməməsi Türkiyəni yüksək inflyasiya ilə üzbəüz qoyub.

Londondakı «Capital Economics» araşdırma mərkəzindən Uilyam Cekson (William Jackson) deyir ki, ABŞ və Türkiyə arasındakı münasibətlərin inkişaf istiqaməti investorları ciddi narahat edir.

«Türkiyə və Birləşmiş Ştatlar tarixən yaxın bağlara malik olublar, lakin son aylardakı hadisələrə nəzər yetirilərsə, bu əlaqələrin pisləşdiyini görürük. Bu isə investorları qorxudur», - deyib Cekson.

ABŞ hakimiyyət orqanları Zərrabı yüz milyonlarla dollarlıq vəsaiti İran hökuməti və İran şirkətləri üçün idarə etməkdə və bununla da 2010-2015-ci illər arasında Tehranın ABŞ sanksiyalarından yan keçməsinə şərait yaratmaqda ittiham edir.

Zərrab bu ittihamları rədd etsə də, noyabrın 27-də onun işi üzrə məhkəmə dinləməsi başlanmalıydı, hərçənd indi proses bir həftə müddətinə təxirə salınıb.

Ankara bildirir ki, bu iş başdan-başa qondarmadır və saxtalaşdırılmış sənədlərə əsaslanır. Türkiyə hakimiyyəti cavab olaraq Zərraba iş açmış ABŞ prokurorlarına qarşı cinayət işi qaldırıb.

Bundan əvvəl, 2013-cü ildə Zərrabı və bir sıra yüksək vəzifəli Türkiyə rəsmilərini qızıl qaçaqmalçılığı vasitəsilə İranın vəsaitlərini idarə etməkdə Türkiyə prokurorları ittiham edirdilər.

O vaxt baş nazir olan Ərdoğan bunu özünə qarşı çevriliş cəhdi adlandırmış və bir sıra Türkiyə prokurorları vəzifələrindən uzaqlaşdırılmışdı. Bundan sonra cinayət işinə xitam verilmişdi.

Özünə qarşı heç bir konkret ittiham irəli sürülməyən Türkiyə prezidenti deyir ki, ABŞ prokurorları məhkəmə sənədlərinə onun və arvadının adlarını daxil etməklə «uzaqgedən məqsəd» güdürlər.