Saakaşvili azadlıqda
«Yeni Qüvvələr Hərəkatı»nın lideri məhkəmə zalından sərbəst buraxılıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
Tanekoya PUA zərbələri
Ukrayna Rusiyanın əsas neft emalı zavodunu vurdu
-
150 minlik ordu
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
-
“Cəbhədə ehtiyaclar daim dəyişir”
Ukrayna PUA istehsalına hazırlaşır
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Ukraynaya 1,5 tonluq bomba atıldı
SSRİ zamanı istehsal Termobarik raket döyüşdə ilk dəfə istifadə olunur
-
Putinin “inanclı atəşkəsi”
Aysberqin görünməyən tərəfi
-
Bir milad yazışması
Ukrayna xalqı ən müqəddəs bayramını ruslarla bir gündə qeyd etmək istəmir
-
Azərbaycanlı “Qurd”
VIP mühafizəçidən “Dəniz piyadası”na qədər
-
Ukraynaya “ağıllı bombalar”
Müharibənin taleyini həll edəcək ikinci həmlə
Kiyevin Peçerski məhkəməsi ittiham tərəfinin vəsatətini rədd edib və Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru, «Yeni Qüvvələr Hərəkatı»nın lideri Mixail Saakaşvilini məhkəmə zalından azadlığa buraxıb.
Bu barədə «Qordon» nəşri xəbər yayıb.
Hakim Larisa Sokol bildirib ki, prokurorluq qərardan apellyasiya instansiyasına şikayət verə bilər.
***
12:24
Peçerski məhkəməsinin binasına giriş güc strukturlarının əməkdaşları tərəfindən bağlanıb, fəallardan və jurnalistlərdən heç kəsi ora buraxmırlar.
Virtualaz.org bildirir ki, bu barədə NewsOne nəşrinin hadisə yerində olan müxbiri xəbər paylaşıb.
Bildirilir ki, Saakaşvilinin xanımı Sandra Rulofs artıq məhkəməyə gəlib.
Siyasətçinin mətbuat katibinin sözlərinə görə, M.Saakaşvili özünü yaxşı hiss edir, baxmayaraq ki, son iki gündə yalnız su içir.
Xəbərdə o da vurğulanır ki, Kiyevin mərkəzində ictimai mühafizə tədbirləri gücləndirilib.
***
11:48
Gürcüstanın sabiq prezidenti, «Yeni Qüvvələr Hərəkatını»nın lideri Mixail Saakaşvili Kiyevin Peçerski rayon məhkəməsindədir.
«Ukrayna həqiqətləri» nəşri bildirir ki, bunu siyasətçinin mətbuat katibi deyib.
İnformasiyanı M.Saakaşvilinin vəkili Pavel Boqomazov da təsdiq edib.
Xatırladaq ki, Mixail Saakaşvili Kiyevdə dekabrın 8-i axşam saatlarında saxlanılıb. Onu Ukraynada hakimiyyətin devirilməsinə yönəldilmiş mitinqlərin maliyyələşdirilməsi üçün Rusiyadan təxminən 500 min dollar almaqda ittiham edirlər.
Yerli prokurorluq Saakaşvili üçün elektron qolbağın daşınması ilə ev dustaqlığı şəklində ehtiyat cəza tədbiri tələb etmək niyyətindədir.
Onu da qeyd edək ki, M.Saakaşvili təcridxanada müddətsiz aclıq elan edib.