Putin nüvə müharibəsinə hazırlaşır?
Rusiya prezidenti arsenalını aqressiv şəkildə artırmaqla yanaşı, yeraltı bunkerlərin tikintisini genişləndirməyi planlaşdırır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
Nüvə müharibəsinə hazırlıq qızışır
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
-
Çinə qarşı kiber hücum ittihamı
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Amerika seçicisi balans istəyir
Sorğuda respondentlərin əksəriyyəti “dünya siyasətinə daha az qarışılmasına” tərəfdardır
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Onlar insan deyil”
Tramp ölkədəki qeyri-qanuni mühacirləri hədəfə alıb
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
“ABŞ seçkiyə kölgə saldı”
Nikolas Maduro: “Vaşinqtonda əsəblər gərgindir”
«The Daily Mail» ABŞ xəbər portallarından birinə istinadən yazır ki, Rusiya özünün nüvə cəbbəxanasını 2026-ci ilədək 8 min nüvə başlığına çatdırmaq niyyətindədir.
Məqalədə adları çəkilməyən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmilərinə istinadən deyilir ki, Rusiya prezidenti Vladimir Putin öz ölkəsinin nüvə arsenalını aqressiv şəkildə artırmaqla yanaşı, həm də yeraltı bunkerlərin tikintisini genişləndirməyi planlaşdırır.
ABŞ və Rusiya arasında hazırkı «Yeni START» müqaviləsi nüvə döyüş başlıqlarının sayının 1550-dən çox olmasını qadağan edir.
Lakin Pentaqon rəsmilərinə istinad edən alternativ xəbər portalı «Free Beacon» yazır ki, Rusiya nüvə münaqişəsi zamanı istifadə etmək üçün yeraltı komanda və nəzarət qurğularını möhkəmləndirir.
Qəzet yazır ki, nüvə döyüş başlıqlarının 8 minə çatdırılması 2010-cu il tarixli Yeni Strateji Silahların İxtisarı Müqaviləsinin (2010 «New Strategic Arms Reduction Treaty») ciddi şəkildə pozulması demək olardı.
Qısa adı ilə Yeni START müqaviləsi kimi tanınan bu sənəd ABŞ və Rusiya arasında imzalanıb.
Bu müqavilənin bağlanmasından məqsəd qarşılıqlı etimadın yaradılması və nüvə müharibəsi riskinin azaldılması idi. Müqavilə habelə hər bir tərəfin strateji nüvə başlıqlarının sayı üçün 1550 limitini qoyur. Amma burası da var ki, nüvə döyüş başlıqlarının ixtisarı reallıqda nüvə təhlükəsini aradan qaldırmır.
Məsələn, Rusiya tələb edir ki, hər bir bombardmançı təyyarə daşıdığı bombaların sayından asılı olmayaraq 1 döyüş başlığı kimi hesablansın. Buna görə də tərəflərə qoyulmuş döyüş başlığı limiti reallıqda 2000 ədəddir.
Hazırkı təxminlərə görə, ABŞ-ın döyüşə hazır 1740 nüvə başlığı var. Rusiyada da elə bu qədər başlığın olduğu düşünülür. Bundan başqa hər iki tərəfin anbarlarında saxlanan və ya köhnəldiyinə görə demontaja verilməli nüvə başlıqları var.
Yeni START müqaviləsi döyüş başlıqlarına limit qoysa da, başlıqların hədəfə çatdırılması metodları barədə heç nə demir. Yəni yer üstündə və ya sualtı qayıqlarda bazalanmış ballistik raketlərdən, hidrogen bombalarından və ya qitələrarası raketlərdən söz açılmır.
Buna görə də hər iki tərəf silahların dağıdıcılıq və öldürücülük qabiliyyətini artırır. Məsələn, daha böyük raketlərin daşınması üçün daha böyük maşınlar istehsal olunur. Başqa sözlərlə başlıq sayı artmasa da, silahların gücü artmış olur.
Rusiyanın quruda yerləşən raket cəbbəxanasına RS-28 Sarmat adlı bir super qitələtarası ballistik raket də daxildir. Həm də Satan 2 kimi tanınan bu raketdə azı 10 nüvə başlığı üçün yuvalar var. Bu başlıqlar lazım gəldikdə tamamilə fərqli hədəfləri vura bilir.
Rusiyanın dövlət mediası bildirib ki, bu raket Texas və ya Fransa boyda ərazini dağıtmağa qadirdir. ABŞ ekspertləri bunun şişirtmə olduğunu bildirirlər, lakin bu qənaətdədirlər ki, söhbət bütün hallarda çox güclü silahdan gedir.
Üstəlik, Rusiyanın yeni qitələrarası raketlərində əlavə başlıqlar üçün yer qoyulub. Əgər Yeni START müqaviləsinin vaxtı bitsə və ya tərəflərdən biri müqavilədən imtina etsə, onda bu əlavə başlıqlar da raketlərə yerləşdiriləcək.
Birləşmiş Ştatların qitələrarası ballistik raketlərində yalnız bir nüvə başlığı var, lakin onlara da daha çox başlıq yerləşdirilə bilər.