vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 16 iyul 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9817 AZN
Rusiya rublu 1 RUB = 0.0273 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2390 AZN
Türk lirəsi 1 TRY = 0.3502 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
SOSİAL  
14:57 | 25 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 755 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Gələn ildən hansı idxal mallarının qiyməti dəyişəcək?

Nazirlər Kabinetinin yeni qərarına əsasən ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Nazirlər Kabineti «Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında» qərarında dəyişikliklər edib. Virtualaz.org xəbər verir ki, bu dəyişikliklərə əsasən gələn ildən Azərbaycana xaricdən idxal olunan alkoqollu içkilər, tütün və tütün məhsulları, o cümlədən oktan ədədi 95-dən aşağı olan benzin (hazırda belə benzin idxal olunmur-red.) üçün aksiz dərəcələri kəskin artırılıb. Bu da gələn ildən həmin malların bahalaşacağı deməkdir.

Nazirlər Kabinetinin dekabrın 21-də qəbul etdiyi qərar 30 gün sonra, yəni gələn il yanvarın 23-də qüvvəyə minir.

Qərara əsasən indiyə qədər səməni pivəsinin 1 litr üçün 1 manat, təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosunun 1 litri üçün 2 manat, şampan şərabının 1 litr üçün 2,5 manat, qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış, qıcqırma ilə alınmış digər üzüm susloları üçün 1 litr üçün 0,1 manat aksiz dərəcəsi tətbiq olunurdu.

Dəyişikliyə əsasən isə gələn il yanvarın 23-dən səməni pivəsinin 1 litr üçün 1,7 manat, təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosunun 1 litri üçün 3,5 manat, şampan şərabının 1 litr üçün 5 manat, qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları üçün 1 litr üçün 0,2 manat aksiz dərəcəsi tətbiq olunacaq. Digər növ spirtli içkilər, o cümlədən araq, likör və s. üçün aksiz dərəcəsi 1 litr üçün 6 manatdan 10 manata, etil spirtinə 1 litr üçün 2 manatdan 4 manata qaldırılır.

Azərbaycan ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan mühərrik benzinlərinə tətbiq ediləcək yeni aksiz dərəcələri də müəyyən edilib. Belə ki, aviasiya benzinləri istisna ilə, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzinlərə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb. Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə mühərrik benzinlərinə tətbiq olunan 1 ton üçün 80 manat, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan, 98 və ya çox oktan ədədi ilə mühərrik benzinlərinə tətbiq olunan 1 ton üçün 120 manat aksiz dərəcəsi qüvvədə qalıb. Aviasiya benzini və reaktiv benzin yanacağına tətbiq edilən aksiz dərəcələri dəyişməyib.

Nazirlər Kabineti habelə tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsini 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırıb.

Qeyd edək ki, tütün və tütün məhsullarına, habelə alkaqollu içkilərə və spirtə tətbiq edilən aksiz dərəcələrinin artırılması hökumətin bu sahədə yerli istehsalı stimullaşdırmaq siyasətindən irəli gəlir. Oktan ədədi 95-dən aşağı olan idxal benzin üçün aksiz dərəcəsinin 200 dəfə artırılılması isə belə görünür ki, formal xarakterlidir. Çünki Azərbaycanda bu markalı benzini istehsal edən neftayırma zavodu təmirə dayananda hökumət xaricdən idxal edilən Aİ-92 benzin üçün aksiz dərəcələrini sıfırlamışdı ki, bahalaşma baş verməsin. İndi isə idxala ehtiyac yoxdur və Aİ-92 markalı benzinə olan tələbatı SOCAR özü ödəyir. Nəticədə yerli istehsalı qorumaq üçün aksiz dərəcələrini yenidən artırmaq lazım gəlib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *