vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
REGİON  
16:37 | 26 dekabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2226 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«2018-ci il ölkəmiz üçün ağır olacaq»

Ermənistan Mərkəzi Bankının keçmiş sədri: «İqtisadiyyat xarici pul köçürmələrdən asılıdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Hakimiyyət 2018-ci il büdcəsini təsdiqləməzdən əvvəl, əhaliyə kəmərləri sıxmağın vacibliyi xəbərdarlığını etməli idi».

Bunu Ermənistan Mərkəzi Bankının keçmiş sədri Baqrat Asatryan «Jamanak» qəzetinə müsahibəsində vurğulayıb.

«2018-ci il ağır olacaq. Ötən ilki xarici müsbət təsir bu həcmdə qalmayacaq. Vəziyyət hakimiyyətin sistemli islahat aparması və onu həyata keçirmək üçün iradəsinin olmasından asılıdır. Düzdür, islahatlar inkişaf üçün təminat ola bilməz, səmərəli və ağlabatan iqtisadi siyasətin hazırlanması da mümkün deyil. Ermənistan iqtisadiyyatının xəstə yeri xarici amillərdir. Çünki ölkə iqtisadiyyat xarici şəxsi pul köçürmələrindən asılıdır», - deyə B. Asatryan bildirib.