İrana qarşı məxfi İsrail-ABŞ anlaşması
Ağ Evdə üç qrup yaradıldı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
-
İranda timsah həyəcanı
Sel nəticəsində 8 nəfərin ölümü təsdiqlənib
-
“Haşdi Şabi”ni kim vurub?
Partlayış səsləri bu dəfə İraqdan gəldi
-
Nüvə müharibəsinə hazırlıq qızışır
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
-
Çinə qarşı kiber hücum ittihamı
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
Amerika seçicisi balans istəyir
Sorğuda respondentlərin əksəriyyəti “dünya siyasətinə daha az qarışılmasına” tərəfdardır
-
“Onlar insan deyil”
Tramp ölkədəki qeyri-qanuni mühacirləri hədəfə alıb
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
Tehran-İsfahan-Məşhəd arasında “gəzinti”
Zahidinin ölümündən əvvəlki səyahət marşrutu suallar yaradıb
-
“ABŞ seçkiyə kölgə saldı”
Nikolas Maduro: “Vaşinqtonda əsəblər gərgindir”
-
Vaşinqton və “boz ərazi”
Bayden administrasiyasının heç vaxt dəqiq strategiyası olmayıb
-
“Əlaqələr kəsilməməlidir”
ABŞ və Çin arasında kritik görüş – “Tayvan qırmızı xətdir”
-
İsrail Livanla savaşa hazırlaşır?
Müdafiə naziri daha bir müharibənin anonsunu verib
Ağ Evdə keçirilmiş məxfi danışıqlar zamanı İsraillə ABŞ İrana qarşı birgə fəaliyyət planını işləyib hazırlayıblar. Virtualaz.org xəbər verir ki, belə məlumatla İsrailin «Channel 10» telekanalı çıxış edib. Məxfi danışıqlar dekabrın 12-də keçirilib, bu barədə məlumat indi sızdırılıb.
Bu məlumata əsasən dekabrın 12-də İsraildən baş nazirin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Meir Ben-Şabatın rəhbərlik etdiyi nümayəndə heyəti gedib. Onlar Ağ evdə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Herbert Makmasterin rəhbərliyi ilə danışıqlar aparan qrupla görüşüblər. ABŞ tərəfdən danışıqlarda prezident Donald Trampın komandasının üzvləri, Dövlət Departamentinin, Pentaqonun, kəşfiyyatın nümayəndələri də qatılıblar.
İki gün çəkən danışıqların nəticəsi olaraq tərəflər üç birgə işçi qrupun yaradılması barədə razılığa gəliblər. Həmin qrupların hər birinin qarşısında müəyyən hədəflər dayanacaq.
Birinci qrup İranın nüvə proqramına qarşı fəaliyyətə cavabdeh olacaq. Həmin qrupun üzvləri müəyyən edəcəklər ki, Tehranın nüvə proqramı üzərində mövcud razılaşma, yəni «altılar»la İran arasında əldə edilmiş nüvə razılaşması çərçivəsində nəzarəti necə gücləndirmək olar. Habelə bu razılaşmadan kənarda hansı tədbirlərin görülə biləcəyi araşdırılacaq. Bundan əlavə qrup Tehranın nüvə silahı əldə etməsinə imkan verməmək üçün məxfi əməliyyatlar da keçirəcək.
İkinci qrup Tehranın regionda təsirini məhdudlaşdırmalı və onun «Hizbullah»la , o cümlədən regiondakı digər radikal qruplaşmalarla əlaqələrini məhdudlaşdırmalıdır. Bundan əlavə qrup Suriyadakı müharibənin başa çatmasından sonra qüvvəyə minəcək fəaliyyət planına görə cavabdeh olacaq. Həmin fəaliyyət planı məxfidir.
Üçüncü qrupun fəaliyyəti isə Tehranın raket proqramları üzərində cəmləşəcək. Təl-Əvivdəki və Vaşinqtondakı mənbələr ABŞ-la İsrail arasında İrana dair strateji razılaşma əldə edildiyini təsdiqləyiblər, lakin əlavə şərh verməyiblər.
Qeyd edək ki, ABŞ-ın indiki administrasiyası İrana qarşı sərt xətt yürüdür. Prezident Tramp dəfələrlə ABŞ-ın İranla nüvə razılaşmasını ləğv edəcəyi ilə hədələyib, Tehranı regiondakı bütün problemlərin səbəbkarı kimi göstərib. Tramp habelə İrana qarşı başda Səudiyyə Ərəbistanı olmaqla körfəz ölkələri ilə də sövdələşmə içərisindədir.