vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
SOSİAL  
21:10 | 29 dekabr 2017 | Cümə Məqaləyə 4044 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Müəllimlərə mənzil veriləcək

Təhsil işçilərinə üçün binanın tikintisinə start verildi

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Respublikası Prezidentinin 06.12.2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi»nə uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən mənzil təminatı üçün iki əhali qrupu hədəf olaraq müəyyən edilir: seçilmiş kateqoriyalara aid edilən şəxslər və Dövlət Sifarişi əsasında müəyyənləşdirilən şəxslər.

Yol Xəritəsinə əsasən, dövlət sifarişi – müvafiq dövlət orqanının, təşkilatının və ya müəssisəsinin MİDA tərəfindən inşa ediləcək binalarda uyğun qiymətə mənzillərin ayrılması ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada edilən sifarişidir.

MİDA-nın dövlət sifarişi əsasında mənzil tikintisi üzrə ilk layihəsi ölkə başçısının 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq olunmuş müvafiq Qayda ilə müəyyənləşdirilən «ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən gənc ailə üzvü» kateqoriyasına aid olmayan, təhsil sahəsində çalışan digər işçiləri əhatə edəcək.

Təhsil Nazirliyinin müraciəti əsasında reallaşdırılacaq ilk dövlət sifarişi layihəsi çərçivəsində Yasamal Yaşayış Kompleksinin ərazisində 1 binanın tikintisi nəzərdə tutulur.

Həmin yaşayış evinin mənzillərinin bir hissəsi Təhsil Nazirliyi tərəfindən təhsil işçilərinə təqdim olunacaq, qalan hissəsi isə «MİDA» MMC-nin sərəncamına verilərək «Güzəştli mənzil» elektron sistemi vasitəsilə satışa çıxarılacaq.