

Conni Məlikyan: «Növbəti irimiqyaslı layihədən kənarda qaldıq»
ABŞ senatoru: «İsrailin ancaq bir xahişi var ...»
Ruhani: «Hökumətin elmin islamlaşdırılmasına qoyduğu böyük maddi sərmayə iflas edib»
İranın silah embarqosunu «pozmasını» pisləyirlər
Aksiya iştirakçıları Əlirza Avayinin həbsini tələb etdi
İranda genişmiqyaslı fəhlə etirazları, azərbaycanlılar da küçələrə çıxdı
«İranda hicaba etiraz edən qadınları «fahişəlikdə» ittiham edirlər»
Beş ölkə Xəzəri bölüşdürə biləcəkmi?
Amerika aviasiyası bu dəfə İran qüvvələrini darmadağın edib qovdu
Qurum «hicab etirazçılarının» taleyindən narahatdır
Yaxın Şərqi daha böyük və dağıdıcı müharibə gözləyir
Kökü XIV əsrə gedən Qonabadi Dərvişləri kimdir?
«Hizbullah»ı bölgəyə Qasım Süleymaninin göndərdiyi iddia olunur
Eks prezident dini liderdən nə tələb edb?
ABŞ-ın BMT-dəki nümayəndəsi fars-molla rejiminin siyasətini tənqid edib
İran iqtidarı və sufi dərvişlər arasında toqquşmalar
İranın dini lideri axund Əli Xameneyi yanvarın 2-də bir qrup «şəhid ailələri» ilə görüşərək, ona və onun başçılıq etdiyi hakim rejimə qarşı ölkədə keçirilən kütləvi etirazlara münasibət bildirib.
Xameneyinin etirazların 6-cı günündə üzə çıxaraq bir həftəlik susğunluğuna son qoyması diqqətləri özünə çəkib.
Öz çıxışında, xalqın hakimiyyətə qarşı üsyanının səbəblərinə və onun təfərrüatına toxunmayan Xameneyi, İran şəhərlərində ona və islam respublikasına qarşı keçirilən etirazları xarici düşmənlə əlaqələndirib: «Düşmən həmişə fürsət dalınca gəzərək ölkəyə nüfuz etməyə və millətə zərbə vurmağa çalışıb. Lakin millətdə olan iman, fədakarlıq və şücaət, düşmənin öz niyyətini həyata keçirməsinə mane olub.
Son günlər, İran düşmənləri bir-biri ilə birləşərək, əllərində olan imkanlarla, o cümlədən də pul, silah, siyasət və təhlükəsizlik orqanları vasitəsilə bizim islami sistemimizə problem yaratmağa cəhd göstərdilər. Mənim ölkədə baş verən olaylarla bağlı deyiləsi sözlərim var və vaxtı gələndə onları əziz millətimizlə bir araya qoyacağam».
Xatırladaq ki, İran hakimiyyətinin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar, «Bahalığa yox» adı altında «Teleqram» sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb. Son günlər isə etirazçıların səsləndirdiyi şüarlar daha sərtləşərək bütün molla hakimiyyətinin əleyhinə yönəlib.
İranın 40-a yaxın şəhərində ölkənin ağır və acınacaqlı iqtisadi durumuna, yoxsulluğa, repressiyalara, rejimin daxili və xarici müdaxiləçi siyasətinə qarşı keçirilən etirazlarda, axund Əli Xameneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə qarşı ölüm şüarları səsləndirilir. Etirazlar davam etdir.
şərhləri göstər
Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.
Şərh əlavə etmək