vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 15 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9729 AZN
Rusiya rublu 1 RUB = 0.0257 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2505 AZN
Türk lirəsi 1 TRY = 0.2879 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
BÖHRAN  
11:14 | 4 yanvar 2018 | Cümə axşamı Məqaləyə 677 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran hadisələrində Əhmədinejadın barmağı var?

Nümayişlər mühafizəkarlar tərəfindən başladılsa da, sonradan nəzarətdən çıxıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən gün İranda hökumətə dəstək üçün keçirilmiş izdihamlı nümayişlərin ardınca İnqilab Keşikçiləri Qvardiyasının rəhbəri «azğın qüvvələr» üzərində «tam qələbə» elan edib. General Məhəmməd Cəfəri deyib ki, bu qüvvələr İranda anarxiya, asayişi pozmaq və düşmənçilik toxumu» səpmək istəyiblər. O, hökuməti dəstəkləyən nümayişləri «İran xalqının qanunpozanlara qarşı inqilabi kükrəyişinə» bənzədib.

General deyib ki, qanunsuzluqların baş verdiyi əsas üç vilayətdə - İsfahan, Luristan və Həmədanda inqilab keşikçilərinin qüvvələri yerləşdirilib. Lakin «The Independent» yazır ki, azı 21 nəfərin ölümünə və 450 nəfərin həbsinə səbəb olmuş yürüş və nümayişlər ölkədəki dərin parçalanmaları üzə çıxarıb.

İndi getdikcə daha çox aydın olur ki, etirazlara səbəb heç də təkcə iqtisadiyyatın ağır vəziyyəti yox, həm də sərt xətt-hərəkət tərəfdarları ilə islahatpərəstlər arasındakı hakimiyyət çəkişməsi olub.

Bu da məlum olub ki, prezident seçkisində Ruhaniyə uduzmuş mühafizəkar Əli Rəisinin qayınatası Əhməd Aləmolhoda İran Milli Təhlükəsizlik Şurasına çağırılaraq Məşhəd nümayişindəki mümkün rolu ilə bağlı sorğu-sual edilib. Ayətullah Aləmolhoda Şuraya çağırıldığı barədə xəbərləri təkzib edir.

Rəisinin və Aləmolhodanın doğma şəhəri Məşhəddə başlanmış ilk etirazlarda Ruhaniyə və onun hökumətinə qarşı şüarlar səsləndirilirdi. Liberallar iddia edirdilər ki, bu nümayiş mühafizəkarlar tərəfindən başladılsa da, sonradan nəzarətdən çıxıb. Etirazçılar qəzəblərini mollalara, ali rəhbər Ayətullah Xameneyiyə, inqilab keşikçilərinə və Bəsicə qarşı yönəldiblər.

General Cəfəri onu bildirib ki, ölkədəki nizamsızlıqlara görə həm də «bir keçmiş rəsmi «məsuliyyət daşıyır. Təhlilçilər onun keçmiş prezident Mahmud Əhmədinejada işarə etdiyini düşünürlər. O həm mühafizəkarları, həm də Ruhaninin liberallarını tənqid edirdi.

Bu arada İran təhlükəsizlik qüvvələri son etirazlarda fəallıq edənlərin bəzilərinin fotolarını yayıb, onların «təxribatçılar» kimi axtarıldığını bildirib. Hakimiyyətə yaxın sayt və sosial media hesablarında yayılan fotolarda bu şəxslərin bir çoxunun üzü bağlıdır, yaxud eynək taxıblar.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *