vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
REGİON  
19:00 | 9 fevral 2018 | Cümə Məqaləyə 2075 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ankara ABŞ-dan «F-35»lər alır

Türkiyə bu qırıcılarla Ermənistana zərbə endirəcək?

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerika Erməni Milli Komitəsi (ANCA) və Amerikanın yunan liderləri Şurası (HALC) Birləşmiş Ştatların Türkiyəyə beşinci nəsil «F-35» qırıcılarının satışını əngəlləmək üçün birgə fəaliyyətə başlayıb.

Virtualaz.org xəbər verir ki, erməni və yunan lobbi təşkilatları birgə bəyanatla çıxış edərək ABŞ-ın Türkiyəyə ən müasir döyüş təyyarələrini satmaqdan çəkindirməyə çağırıb.

«Amerikanın ən müasir döyüş vahidlərinin elə bir ölkəyə düşüncəsizcəsinə satışına qarşı birgə mübarizəyə çağırırıq ki, həmin ölkə bu təyyarələri Amerika qoşunlarına və ya bizim regional müttəfiqlərimizə, o cümlədən Yunanıstana, Kiprə, İsrailə və Ermənistana qarşı tətbiq edə bilər», - Amerika Erməni Milli Komitəsinin saytında yerləşdirilmiş birgə bəyanatda deyilir.

Bəyanatda erməni və yunan təşkilatları ABŞ vətəndaşlarını öz dairələrindən senatorlara müraciət edərək onlardan «F-35» qırıcılarının Türkiyəyə satılmasının qarşısını almağı xahiş etməyə çağırır.

Türkiyə ABŞ-ın «Lookhed Martin» hərbi sənaye korporasiyasından cəmi 100 ədəd «F-35» qırıcısı sifariş verməyə hazırlaşır. Bu təyyarələrin istehsalına dair proqram 2002-ci ildə Türkiyənin də qoşulduğu 9 ölkədən ibarət konsorsium tərəfindən dəstəklənir. Türkiyə birincə mərhələdə 20 ədəd «F-35» təyyarəsi sifariş verib. Daha 10 ədəd təyyarənin sifarişinə dair razılaşma əldə olunub. Müqaviləyə əsasən təyyarələrdən ikisi bu il ərzində Türkiyəyə təhvil veriləcək və Hərbi Hava Qüvvələrinin arsenalına daxil ediləcək. 2019-cu ildən etibarən isə təyyarələr ildə 4 ədəd olmaqla Türkiyəyə təhvil verilməlidir.

Ötən il «Lookhed Martin» şirkəti İsrailə bir neçə «F-35» təyyarəsini çatdırıb. Bu təyyarələr radarlara yaxalanmır və yüksək döyüş qabiliyyətinə, manevr imkanlarına malikdir. Dördüncü nəsil təyyarələrə nisbətən havada döyüş gücü dörd dəfə, quruya zərbə endirmək imkanları 8 dəfə artıqdır.