vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
AMERİKA  
23:18 | 23 fevral 2018 | Cümə Məqaləyə 2049 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sinədə bəslənilən ilan»

Tramp ABŞ-a gələn miqrantları növbəti dəfə aşağıladı

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlara gələn miqrantları növbəti dəfə aşağılayaraq onları sinədə bəslənilən ilana bənzədib. «Report» xəbər verir ki, Ağ Ev rəhbəri ona Amerikanı sevən və işləyən insanların lazım olduğunu bildirib.

Vaşinqtonda islahatçıların qarşısında çıxış edən prezident miqrasiya mövzusuna toxunarkən əmin edib ki, o, ölkəyə gələrək işləyən insanları sevir. Hansılar ki, onlar da amerikalıları sevir, təhlükəsizliklərini və birliklərini istəyirlər.

«Mən istəyirəm ki, bu ölkəyə böyük insanlar gəlsinlər və istəmirəm ki, onlar belə gəlsinlər, necə ki, bunu indi edirlər. Mən ölkənin inkişafına töhfə verən insanları istəyirəm», - deyə Tramp bildirib.

O, amerikalıların qanunsuz miqrantların törətdikləri cinayətlərin qurbanı olmasından misallar gətirib. Daha sonra prezident döş cibindən kağız çıxarıb və zala müraciət edib: «Bu «ilan» adlanır və miqrasiya kontekstində bu haqda düşünün».