vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
13:21 | 26 fevral 2018 | Bazar ertəsi Məqaləyə 2091 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pentaqonun Kremlə dinclik verməyən gizli silahı

Rusiya və Çinin birləşmiş dəniz qüvvələri belə ABŞ donanmasının gücünə çata bilməz

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ, Rusiya və Çin hərbi rəqabət mühitində qızğın silahlanmaya davam edir. Bu mənada ABŞ-ın təyyarədaşıyan gəmilərinin sayını artırması istiqamətində atdığı addımlar Rusiya və Çini əməlli başlı narahat edir.

Xarici hərbi nəşrlərin məlumatına görə, ABŞ-ın dünyanın ən müasir «Gerald R.Ford» təyyarədaşıyan gəmisi Pentaqonun böyük proqramlarının yalnız başlanğıc mərhələsidir.

ABŞ ümumiyyətlə 3 yeni təyyarədaşıyan gəmi istehsal etmək istəyir ki, bunun da dəyəri 42 milyard dollar təşkil edir.

ABŞ donanmasında təyyarədaşıyan gəmilərin sayı 11-dir. Ümumilikdə isə ABŞ Hərbi Dəniz Qüvvələrində 282 hərbi gəmi var, 2020-ci ildə isə bu sayın 308-ə çatdırılacağı gözlənilir.

ABŞ təyyarədaşıyan gəmilərin istehsalı üçün böyük maliyyə xərcləyərkən, Rusiya bu sahədə rəqibindən geri qalıb.

Rusiya Suriyadan «Kuznetsov» təyyarədaşıyanını geri çağırıb onu təmir etmək adı ilə müasirləşdirməyə başlayıb.

Hərbi mənbələrin məlumatına görə, Rusiyanın bu təyyarədaşıyanı müasirləşdirməsi üçün iki ildən çox vaxt lazım olacaq.

Ekspertlər buradan belə bir qənaətə gəlirlər ki, Rusiyanın 2 il müddətində silahlanmada əlçatan təyyarədaşıyanı olmayacaq.

Hərbi analitiklər düşünürlər ki, Amerika təyyarədaşıyanları Rusiya təyyarədaşıyanlarını bir çox parametr üzrə qat-qat üstələyir.

Rusiyanın üstünlüyü isə onun atom sualtı gəmiləri ilə bağlıdır. Amma bu da Rusiyanın dəniz donanmasının ABŞ-dan üstün olduğuna dəlalət etmir.

Ekspertlərin fikrincə, Rusiya və Çinin birləşmiş dəniz qüvvələri belə ABŞ donanmasının gücünə çata bilməz.

Aqşin KƏRİMOV