vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
19:47 | 28 fevral 2018 | Çərşənbə Məqaləyə 1938 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Putin düşünür ki, elə də böyük bədəl ödəmir»

ABŞ Rusiyanın müdaxilə cəhdlərinə «zəif reaksiya verib»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Tramp kəşfiyyat agentliklərinə Rusiyanın müdaxilə və dezinformasiya kampaniyalarına cavab vermək səlahiyyəti verməyib. Sonucdakı zəif reaksiya Moskvanı çəkindirməyib. ABŞ kəşfiyyat rəsmisi belə bir ifadəylə çıxış edib.

Admiral Mayk Rocers (Mike Rogers) ABŞ Kiber Komandanlığının və Milli Təhlükəsizlik Agentliyinin rəhbəridir. O, fevralın 27-də Konqresdə deyib ki, təhlükəyə cavab verməkdən ötrü addımlar atıb, amma nə Tramp, nə də müdafiə naziri Ceyms Mattis (James Mattis) ona Rusiyanın Birləşmiş Ştatlara narazılıq səpmək cəhdlərini önləmək səlahiyyəti verib.

«Səlahiyyətim xaricində əlavə addımlar atmaqdan ötrü mənə spesifik təlimat verilməyib. Səlahiyyətim çərçivəsində addımlar atmışam, bilirsiz, yaxşı, qabaqlayıcı tədbir görən komandir olmuşam. Mənə əlavə səlahiyyət verilməyib», – Rocers Senatın silahlı xidmətlər komitəsində keçirilən dinləmədə deyib.

Rocersin deməsinə görə, daha aqressiv reaksiyanın gərəkdiyini düşünür, amma prezidentə nə etmək lazım olduğunu da demək istəmir.

«İnanıram ki, Rusiya prezidenti Vladimir Putin belə bir qənaətə gəlib ki, ödənəcək bədəl kiçikdir və ‘bu işi davam etdirə bilərəm’», – Rocers söyləyib.

Ağ Evin mətbuat katibi Sara Sandersin (Sarah Sander) deməsinə görə, Tramp Rusiyanın müdaxiləsini önləməyin yollarını nəzərdən keçirir və üzümüzə gələn həftələr daha çox addım atıla bilər.

 

«Oturub gözləyirik»

 

Rocersin bəyanatlarından iki həftə öncə ABŞ kəşfiyyat rəhbərləri ifadələrində Rusiyanın bu ilin noyabrında keçiriləcək seçkidən öncə aparılan kampaniyalara fəal müdaxilə etdiyini bildirir.

Rocers vurğulayıb ki, Birləşmiş Ştatlar Rusiyanın qarşısını kəsməyincə, 2016-cı ildə baş vermiş müdaxilənin davam edəcəyini gözləyir. 2016-cı il prezident seçkisi zamanı Rusiyanın sosial mediada dezinformasiya kampaniyası yaydığı, daxili partiya sənədlərini oğurlayaraq yaydığı bildirilir.

Kəşfiyyat rəsmisinin dedikləri senat komitəsindəki demokratlarda narahatlıq yaradıb.

«Onların seçkimizə müdaxilə etdiyini, dezinformasiya yaydığını... müşahidə edirik, ancaq sadəcə, oturub gözləyirik», – komitənin aparıcı demokrat üzvü Cek Rid (Jack Reed) deyib.

Rocers Birləşmiş Ştatların, sadəcə, oturub gözləməsi fikriylə tam razılaşmadığını söyləyib, ancaq onu da əlavə edib ki, Rusiyadan «gördüyümüz bəzi davranışlarla məşğul olmamışıq demək daha ədalətli olardı».