vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
REGİON  
12:58 | 7 mart 2018 | Çərşənbə Məqaləyə 2583 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putinin daha bir düşməninə sui-qəsd

İngilislərə işləyən QRU polkovnikini və qızını kimlər zəhərlədi?

MÖVZU İLƏ ƏLAQƏLİ

Britaniya polisi Solsberi şəhərində zəhərlənmiş rusiyalı kəşfiyyatçı, ingilis kəşfiyyatına işlədiyinə görə mühakimə edilmiş polkovnik Sergey Skripalı zəhərləməkdə şübhəli hesab edilən iki nəfəri-qadın və kişini axtarır. Virtualaz.org Britaniya KİV-lərinə istinadən xəbər verir ki, polis onların izinə videomüşahidə kameralarından əldə edilən görüntülər sayəsində düşüb. Kadrlara əsasən «Snap Fitness» trenajor zalının qarşısından keçən kişi və qadın sonradan Skripalın huşsuz vəziyyətdə tapıldığı skamyaya tərəf gedir. Onlar «Zizzi» restoranı tərəfdən gəliblər. Polis trenajor zalının bütün müştərilərinin siyahısını istəyib. Lakin şübhəlilərin trenajor zalına baş çəkib-çəkmədikləri məlum deyil.

Bu arada məlum olub ki, polkovnik Skripalla birlikdə huşsuz vəziyyətdə tapılan qadın onun 33 yaşlı qızı Yuliyadır. Bildirilir ki, polkovnikin qızı Rusiyada yaşayır və atasını görməyə gedibmiş. Hazırda Skripal və qızı xəstəxananın reanimasiya bölməsindədir, vəziyyətləri kirtikdir. Həkimlər onların vəziyyətinə dair proqnoz vermirlər.

Məlumata görə Skripalın zəhərlənməsi işində təhqiqat aparan polislərdən ikisinin halı pisləşib, onlar həkimlərə müraciət ediblər.

 

***

 

09:47

Ötən gün Böyük Britaniyada Qərbə casusluq etmiş daha bir rusiyalı zəhərlənib. Virtualaz.org xəbər verir ki, Solsberi şəhərindəki restoranlardan birində şam yeməyindən sonra 66 yaşlı Rusiya kəşfiyyatçısı, QRU polkovniki, ingilis kəşfiyyatına casusluq etdiyi üçün həbs edilən və daha sonra casus mübadiləsi çərçivəsində Qərbə təhvil verilən Sergey Skripal və 30 yaşlı sevgilisi yarıhuşsuz vəziyyətdə aşkar edilib. Onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Skripalı və sevgilisini yarıhuşsuz vəziyyətdə görüb polisə xəbər verən qadın jurnalistlərə bildirib ki, onlar skamyada oturub bir nöqtəyə baxırdılar, hərdən sağa-sola yellənirdilər və sifətlərində donmuş, boz ifadə var idi.

Skripalın və sevgilisinin zəhərləndiyi məlum olandan sonra onların baş çəkdiyi mağazalar və daha bir neçə obyekt kimyəvi və bioloji mühafizə üzrə mütəxəssislər tərəfindən bağlanıb. «The Telegraph» qəzetinin bildirdiyinə görə hansısa maddə tapılıb və zərərsizləşdirilib. Qəzet ehtimal edir ki, söhbət fentanil adlı güclü narkotik-analgetikdən gedir. Bu maddə insanda tənəffüs çatışmazlığına səbəb olur.

Bir versiyaya görə zərərçəkənlərdən biri italyan restoranı «Zizzi»də yemək yeyə bilərdi. Hazırda həmin restoran da bağlıdır. Uiltşir qraflığının polisi iki nəfərin zəhərləndiyini bildirsə də onların şəxsiyyətini açıqlamır.

Sergey Skripal 2006-cı ildə dövlətə xəyanət ittihamı ilə mühakimə olunaraq 13 il həbsə məhkum edilib. 2010-cu ildə onu və daha bir neçə casusu Rusiya kəşfiyyatının ABŞ-da deşifrə edilmiş bir qrup agenti, o cümlədən Anna Çapmanla mübadilə ediblər. Həbsxanadan buraxılan QRU polkovniki Böyük Britaniyadan sığınacaq alıb. Onun son vaxtlar həyatına təhlükədən ehtiyat etdiyi və bu barədə polisi məlumatlandırdığı bildirilir.

Britaniya mətbuatı baş verənləri 2006-cı ildə radioaktiv maddə ilə zəhərlənən və əzabla ölən KQB polkovniki Aleksandr Litvinenkonun başına gələnlərlə müqayisə edir. Britaniya kəşfiyyatı bu zəhərlənmə əməliyyatının Litvinenkonun keçmiş həmkarları Dmitri Kovtun və Andrey Luqovoy tərəfindən həyata keçirildiyini müəyyən etmişdi.

Lakin Litvinenko Britaniyada zəhərlənib ölən tək rusiyalı deyil. Litvinenkodan sonra Kremlin daha bir neçə düşməni Britaniyada müəmmalı şəkildə ölüblər.