vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
REGİON  
12:51 | 25 aprel 2018 | Çərşənbə Məqaləyə 2212 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Paşinyan ultimatum verdi

Müxalifətçi erməniləri total itaətsizliyə və etiraz aksiyalarının bərpasına çağırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan “Facebook” sosial şəbəkəsində canlı yayımda baş nazirin vəzifələrini icra edən Karen Karapetyanın növbədənkənar parlament seçkiləri barədə bəyanatını şərh edib.

“Sputnik” xəbər verir ki, Paşinyanın sözlərinə görə, Respublikaçılar Partiyası iqtidarda qaldığı şəraitdə növbədənkənar seçkilərin nəticələri şübhə doğurmur və misal kimi parlamentə ötənilki seçkiləri göstərib.

“İndi aydındır ki, ERP və ələlxüsus, Karapetyan düşünürlər ki, vətəndaşlar Sərkisyanın istefası ilə qane olacaqlar və gələcəkdə hakimiyyəti qoruyub saxlamaq barədə düşünmək zamanıdır. Bu vəziyyətdə biz mövqeyimizi aydın bildirməliyik: bu cür ssenari inqilabın planına uyğun gələ bilməz”, - Paşinyan deyib.

Müxalifətçi total itaətsizliyə və etiraz aksiyalarının bərpasına çağırıb. Respublikaçıların növbədənkənar seçki keçirəcəyi təqdirdə isə seçki məntəqələrinin bloklanmasının zəruriliyini bildirib.

Bu gün yerli vaxtla saat 11:00-da Paşinyan müxalifətin növbəti mitinqini keçirəcək.