vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MEDİA-QHT  
17:35 | 11 may 2018 | Cümə Məqaləyə 2447 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İTV-yə sürpriz təyinat

Cəmil Quliyevi Balakişi Qasımov əvəzlədi

MÖVZU İLƏ ƏLAQƏLİ

Cəmil Quliyevin İTV-nin baş direktoru vəzifəsində səlahiyyətlərinə xitam verilib. İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasından verilən məlumata görə, bu barədə qərar İTV Yayım Şurasının bugünkü iclasında qəbul edilib.

Məlumatda qeyd olunub ki, C. Quliyev səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar vəzifədən getmək istəyi ilə bağlı Şuraya rəsmi müraciət edib və müzakirədən sonra müvafiq qərar qəbul olunub.

Cəmil Quliyev deyib ki, səhhətində yaranmış problemlər eyni zamanda həm İTV-nin baş direktoru kimi məsuliyyətli vəzifənin keyfiyyətli icrasına, həm də çoxsaylı yaradıcılıq planlarını həyata keçirməsinə imkan verməyib: “Ona görə də belə qərara gəldim ki, bundan sonra yalnız mədəniyyət, incəsənət və elm sahəsində, habelə ictimai fəaliyyətimi davam etdirim və nəzərdə tutduğum planları həyata keçirim.

Mən İTV-nin baş direktoru vəzifəsində göstərilən etimada görə, ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Eyni zamanda İTV Yayım Şurasının üzvlərinə, televiziyanın kollektivinə təşəkkür edir və onlara gələcək fəaliyyətlərində yeni yeni uğurlar arzulayıram.

Onu da deməyi özümə borc bilirəm ki, hansı sahədə çalışmağımdan asılı olmayaraq, həmişə cənab Prezidentin sadiq əsgəri olacam, Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafına bacardığım töhfəni verməyə çalışacam”.

Şuranın iclasında Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.

Balakişi Ələkbər oğlu Qasımov 20 oktyabr 1978-ci ildə Bakıda anadan olub.

Bakı şəhər 1 saylı orta məktəbi və Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirib.

2004-cü ildən klub oyunlarının iştirakçısıdır. “Kim? Harada? Nə vaxt?” elitar klubunun oyunçusu, Azərbaycanda “Kim? Harada? Nə vaxt?” oyununun aparıcısı və baş prodüsseri, Gametv.az prodüser mərkəzinin rəhbəridir.

2004-cü ildə “Kim? Harada? Nə vaxt?” oyununun idman variantı üzrə dünya çempionu olub. Tezliklə onun komandası bu növdə mütləq dünya çempionu adını qazanıb.

“Kim? Harada? Nə vaxt?” üzrə 2002, 2004, 2008, 2012 və 2013-cü illərdə və 2002-ci ildə Breyn Rinq üzrə Azərbaycan çempionu, Anar Əzimovun komandasında 1998, 2003 və 2010-cu illərdə Cənubi Qafqaz çempionu olub.

Beynəlxalq “Kim? Harada? Nə vaxt?” klubları assosiasiyası tərəfindən 2010-cu ildə  “İlin adamı” seçilib.

2010-cu ilin yekunlarına əsasən “Büllur bayquş” , “Brilyant bayquş”, “Klubun ən yaxşı kapitanı”  poqonu mükafatlarına layiq görülüb.

2017-ci ildə “Kim? Harada? Nə vaxt?” hərəkatının inkişafına verdiyi töhfəyə görə Vladimir Voroşilov adına mükafatın laureatı olub.